Tüklərin Biz Durmasının Səbəbi

   Əgər fikir vermisizsə tüklərin qalxması adətən qorxu və üşüdüyünüz zaman baş verir.  Bu proses onurğa beynindən gələn siqnallarla periferik sinirlərin stimulyasiyası nəticəsində baş verir. Bu zaman sinir ucları oyanır və bədəndəki tüklərini qaldırır.

   Bəs bu nədən yaranır? Buna digər canlıların timsalında baxaq.
   Belə ki, bu rudimentar bacarıqlara indiki zamanda bəzi canlılarda da rast gəlinir. Bəzi canlılar üşüdükləri zaman tüklərini qaldırıb, onlar arasındakı hava qatını saxlayaraq soyuqdan qorunurlar. Xüsusi təhlükə olduğu zaman isə xüsusən şimpanzelər, itlər, pişiklər və digər canlılar xüsusən bel tüklərini qaldıraraq daha qorxulu görünüş yaradıb, təhlükəni özlərindən aralı tutmağa çalışırlar. 
   İnsanlarda bədəndə artıq o qədər tük olmadığından yəqin ki bu proses öz mənasını itirib. 

Comments