İnsan bədənində ümumilikdə 640-dan 850-yə qədər əzələ mövcuddur.
Adi yerimə zamanı bədənimizdə 200-ə yaxın əzələ işləyir.
Əzələ piydən 15% daha sıx və daha ağırdır və buna görə də idmançı bədəni kökdən daha kiçik görünsə də ondan daha ağır ola bilər.
İnsan bədəninin ən dözümlü əzələsi ürək əzələsidir.
Ən qısa əzələ qulaq içində olan əzələdir ki, onun uzunluğu 1,27 millimetrdir.
Ən uzun əzələ ön bud boyu uzanan əzələdir.
Ən sürətli əzələ gözlərimizi qırpan əzələdir.
Ən güclü əzələ dil və çeynəmə əzələləri hesab edilir.
Ürək əzələsinin dözümlülüyü təxminən 100 ilə hesablanır.
Üz əzələləri insan sayca bütün əzələlərin 25%-ni təşkil edir.
Gülüş zamanı 17 qrup əzələ işləyirsə, qəzəblənəndə bunların sayı 43-ə bərabərdir.
Öpüş zamanı isə 29-34 əzələ qrupu işləyir.
Son araşdırmalar nəticəsində sübut olunmuşdu ki, əzələ məşqi növbəti nəslin əzələ quruluşuna təsir edə bilir. Belə ki, məşqlər nəinki insana, həmçinin onun genetikasına da təsir edir.
Dünyada yalnız hər 6 insandan birində uzun ovuc əzələsi mövcuddur. Bu əzələ heyvanlarda caynaq çıxarmaq üçün lazım olduğuna görə insanlarda bu əzələ rudiment hesab edilir.
Alimlərin araşdırmasına görə, ürək və əzələ üçün ən faydalı məhsullardan biri təmiz acı şokolad hesab edilir.
İnsan yaşa dolduqca və xüsusən də 40 yaşdan sonra ildə 2-3% 60 yaşdan sonra isə ildə 5%-ə qədər əzələ kütləsini itirir.
Comments
Post a Comment