Bazar günümüzü daha maraqlı, daha pozitiv etmək üçün bir neçə maraqlı faktlar paylaşmaq qərarına gəldik.
İtlərin burun izləri unikaldır. Tamamilə insanların barmaq izləri kimi və burun izi köməyi ilə də itləri təyin etmək olar.
Yapon makakaları qartopu oynamağı sevirlər.
Kəpənəklər çiçəklərin dadına arxa ayaqları ilə baxırlar.
«Turritopsis nutricula» adlı meduzalar yegənə meduzalardır ki, ölümsüzdürlər.
Keçilərin ləhcələri var.
Hələ yumurtadan çıxmamış cücələr bir-biri və anaları ilə xüsusi səs sistemi vasitəsilə əlaqə saxlayırlar.
"Mançkin" adlanan qısa ayaqlı xüsusi pişik cinsi var.
Dəniz atları ömürlük cütlük olurlar və üzəndə bir-birini quyruqları ilə tuturlar.
Qarğalar o qədər ağıllı quşlardır ki, digəri ilə zarafat da edə bilirlər.
Sincablar anaları imtina edən digər sincab balalarını övladlığa götürürlər.
Comments
Post a Comment