Uvays Axtayev 236 sm boyu, 190 kq çəkisi və 58 ölçü ayaqqabısı olan gənc Sovet basketbolçusu olan bir oğlan idi. Çeçenistanda doğulan Uvays Karaqandaya deportasiya olunduqdan sonra həyatı əvvəlcə heç də yaxşı gətirməmişdi. Və o, yemək və odun oğurlamağa məcbur qalmışdı. Hətta 14 yaşı olanda 4 dəmir yolu şpalını oğurlayarkən milisioner tərəfindən tutulmuşdu. Ancaq onu tutan milisioner adi insanın bir şpalı çətinliklə apara biləcəyi halda onun 4 dənəsini birdən rahatlıqla aparmasından təəccüblənmişdi. Nəticədə onu tutmaq əvəzinə idman seksiyasına aparmaq qərarına gəlmişdi.
Uvays sərbəst güləş, boks, disk və çəkic atma kimi idmanları sınasa da heç birində uyğunlaşa bilmirdi. Özünü rahat tapdığı idman isə basketbol oldu. Düzdür, böyük boyu ilə hərəkət etmək ona çox da rahat olmasa da, bu oyunu öz zamanında çox görünüşlü etməyə bacardı. Uvays sovetlərdə ilk oyunçu idi ki, topu səbətə iki əli ilə birdən sala bilirdi və bütün meydan boyu pas verən ilk insan idi. Məhz Axtayevə görə hücum edən komandanın cərimə meydançası daxilində oyunçunun topla 3 saniyədən artıq qala bilməməsi qaydası çıxarıldı. Məşqçilər isə basketbolun hündür boylu insanların oyunu olduğunu anlamağa başladılar.
Uvasysı oynadığı Almatanın “Burevestnik” komandası meydançaları basketbol sevərlərlə tamamilə doldururdu. Rəqiblər isə nəhəng adamla nə edəcəklərini bilmirdilər. Hətta bir dəfə rəqib komanda onun formasını da oğurlamışdı və nəticədə Uvays oyuna gəldiyi maykada və ayaqqabıda meydana çıxmaq məcburiyyətində qalmışdı.
1952-ci ildə Helsinki olimpiadası ərəfəsində ondan oynamaq üçün adını və milliyyətini dəyişməyi tələb etmişdilər. O isə bundan imtina etmişdi. Bütün bunlara baxmayaraq Uvays 1954-cü ildə SSSR-i yığmasına salınmışdı amma yenə də heç bir oyunda iştirak etmədi.
1973-cü ildə təsadüf nəticəsində ayağını sındıran Uvays, bundan sağala bilmədi və 1978-ci ildə dünyasını dəyişdi. Ölüm öncəsi vəsiyyəti isə qəbrinin üzərisinin adi insanlarda olduğu ölçüdə olması idi. Bütün həyatı boyu ona baxan insanların ölümündən sonra da baxmasını istəmirdi. Onun vəsiyyəti ailəsi tərəfindən yerinə yetirildi və qəbrinin yerini yalnız ailə üzvləri bilir.


Comments
Post a Comment