Antarktika Haqqında 11 Maraqlı Fakt.

1. “Antarktika”nın hərfi tərcüməsi “ayının qarşısındakı, ayının əksi kimi tərcümə olunur.” Belə ki, “Arktikos” Böyük ayı şimal qütbündə yerləşir. 


2. Rəsmi olaraq Antarktika 1820-ci ildə Rus hərbi dəniz ekspedisiyası zamanı tapılıb. 

3.Antarktika heç bir ölkəyə aid deyil (Avstraliya, Argentina və Böyük Britaniya ona iddia edirdilər vaxtı ilə.) 

4. Antarktika saat qurşağı olmayan yeganə qitədir. Burdakı elmi işçilər ya öz ölkələrinin saatına görə, ya da onları qida ilə təmin edən ölkələrin saatına görə yaşayırlar. 

5. Antarktika nəinki ən soyuq yerdir, həm də ən quru yerdir. Burada yağıntı cəmi 10 sm təşkil edir. Mak-Merdo vadisi isə soyuqluq və quraqlığına görə mütləq təşkil edir. Burada 2 milyon ilə yaxın yağıntı düşməyib. Buranın səthi Marsı o qədər xatırladırdı ki, NASA orada “Viking” sınaqlarını aparıb.

6. Burada həmçinin dünyanın ən güclü küləyi və güclü günəş radiasiyası var.

7. Dünyanın ən təmiz dənizi də buradadır. Ueddel dənizi o qədər təmizdir ki, 80 metr dərinlikdə olanlar da görünür. 

8. Antarktikada daimi yaşayış yoxdur. Yay dövründə 5000 işçi olduğu halda qış dövründə 1000 nəfərə qədər azalır. 

9. Antarktikanın ən isti ayı Fevraldır. 

10. Antarktikada ilk insan 1978-ci ildə doğulub. O, Emilio Markos Palmadır. 

11. Antarktika aysberqləri ən böyüklərdəndir. 2000-ci ildə buradan 295 km uzunluğu və 37 km eni olan aysberq qopmuşdu.

Comments