Ölümün bir addımlığında olan itin xilası.

Kaliforniyadakı Rescue From The Hart heyvanların xilası cmiyyətinə Angel adlı it haqqında məlumat verildikdə, cəmiyyətin könüllüləri iti xilas etmək qərarına gəldilər. 

İt cəmiyyətə gətiriləndə cəmi 5 kq çəkisi var idi və o qədər zəifləmişdi ki, hətta ayaq üstündə belə dura bilmirdi. 

Könüllülərə verilən məlumata görə sahibi itə qəsdən yemək vermirdi və ona bilərəkdən əzab verirdi. 



 Bütün könüllülər qısa zaman ərzində diqqətlərini "Angel"ə yönəltdilər və qısa müddət sonra bu öz bəhrəsini verdi. 

5 həftə sonra Angel artıq ayaq üstə dura bilirdi. 

Artıq Angel onu saxlamaq qərarına gələn bir ailədədir və o, orada tək deyil. 




Comments