"Алёнка" Şokoladındakı Qızın və Şokoladın Yaranma Tarixi

 «Алёнка» şokoladı Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi. Şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından götürülmüşdü. Şokoladın siması isə başqa sovet qızından götürülmüşdü. 
   Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlamışdı. SSRİ hakimiyyəti qida və ərzaq proqramı qəbul etdi və bu proqramın bəndlərindən biri də dadlı südlü şokoladın hazırlanması idi. Keçirilən müsabiqənin qalibi isə “Krasnıy oktyabr” («Красный октябрь») fabrikasının şokoladı oldu.
   Şokoladın reseptindən başqa meydana çıxan digər çətinlik isə onun üzərində olmalı olan şəkli idi. Rəssamlar yüzlərlə şəkillər çəksə də uyğun olanı yarada bilmirdilər. 
   Hətta bir ara Vasnetsovanın məşhur rəsm əsəri «Алёнушка»-nı qoymaq qərara alınmışdı. Lakin rəhbərlər şəkildəki qızın ayaqlarının yalın olmasına işarə edərək bildirmişdilər ki, sovet uşaqları xoşbəxtdirlər və ayaqyalın olması bunun əksidir. 
   Şəklin seçimi isə rəssam Aleksandr Qerinasın qızının fotosunda dayandı. Qerinasın həyat yoldaşı 1960-cə ildə qızlarının 8 ayı tamam olanda onun şəklini çəkmişdi. 1962-ci ildə şəkil  Здоровье»  jurnalında çap edilmişdi. 1965-ci ildə isə  Вечерняя Москва» jurnalında şokolad üçün müsabiqə yaradılanda şəkil yenidən yada düşdü.
   Düzdü şəkil seçilsə də rəssamlar burada bir neçə xırda dəyişikliklər etmişdilər. Gözləri qəhvəyidən maviyə dəyişmişdilər. Üzünü isə bir qədər uzatmışdılar. Yanaqlarını qızardaraq dodaqlarını daha dolğun etmişdilər. Beləliklə 1966-cı ildə bütün dünyada tanınan şokolad və onun şəkli meydana gəldi. 
   Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, şəklin çəkilməsi zamanı edilən dəyişikliklər 2000-ci ildə «Красный октябрь» fabrikasını Elena Qerinasa 5 milyon təzminat verməkdən xilas etdi. Belə ki Elena Qerinasın məhkəmə tələbi nəticəsində məhkəmə qərara almışdı ki, şəkil tam olaraq eyni deyil və hissəli yığılma şəkildir. 
   Sovet dövründə uzun illər boyu müxtəlif fabrikalar 50 növə yaxın «Алёнка» şokoladı buraxırdılar. Lakin «Красный октябрь» şokolada patent aldıqdan sonra onun istehsalı yalnız ona aid olmağa başladı. Hətta bir ara şokoladın kağızı üzərində Aleksandra Eqorova adlı qızın şerləri də yazılırdı. 
   
Познакомиться с Аленкой из детишек каждый рад
Покупайте, покупайте, покупайте шоколад!!




Comments

Post a Comment