1970-ci ildə Amaerikada nəşriyyatçıları bir ildə eyni müəllifin birdən artıq kitabını çap etməyi xoşa gələn hal kimi hesab etmirdilər.
Stiven Kinqə isə bu azlıq etdiyindən və ildə daha çox kitab çap etdirmək istədiyindən, bəzi əsərlərini Riçard Bahman ləqəbi ilə yazmağa başlamışdı. 1984-cü ildə isə kitab mağazalarının satıcılarından biri Kinqlə Riçardın yazı tərzləri arasındakı oxşarlıqları hiss etmişdi. Daha sonra isə Konqres Kitabxanasında Riçard Bahmanın əsərlərindən birinin müəllifinin Stiven Kinq olması haqqında bir yazı tapmış və Kinqi bu haqda məlumatlandırmışdı. Kinq isə özü ona zəng edərək, ifşa məqaləsi yazmaq və intervü verməyi təklif etmişdi. Nəticədə Riçard Bahmanın “ləqəb xərçəngi” xəstəliyindən vəfat etməsi haqqında press-reliz yaranmışdı.
Comments
Post a Comment