Bu Sezar o Sezardan Deyil! Sezar salatının yaranma tarixi.

 
   Sezar Salatı! Mərc etmək olar ki, hər 10 nəfərdən 7-si bu salatı sevir. Səbəb də onun adının məhz Sezar olmasında deyil. Hətta Sezar adına görə sevən olsa da belə, qeyd edək ki, salat heç də Yuli Sezarın adı ilə əlaqəli deyil. 

   İstənilən məşhur yeməklərin demək olar ki eyni oxşar cəhətləri var. Bu da onlar haqqında olan rəvayətlərin qeyri müəyyənliyidir. Sezar salatı da bu tip yeməklərdən biridir. Onun yaradıcısı haqqında bir çox versiyalar olsa da, ən çox yayılanlardan biri onun yaradıcısının İtalyan əsilli Meksikalı Sezar Kardiniyə aid olduğu deyilir. 
   20-ci əsrin birinci yarısında Kardini çox uğurlu bir yer sayılan ABŞ ilə Meksikanın sərhədində yeləşən şəhərdə, Tixuanada “Caesar’s Place” adlanan otel-restoran və kazinonun sahibi idi. Həmin dövrlər isə amerikada “Spirtli içki qadağası” dövrü idi. Buna görə də ABŞ-da imkanı olan hər kəs Meksika sərhədi şəhərlərinə üz tutaraq, orada mövcud qanunun qadağalarından azad olurdular. 
   Sezar salatının dünyaya gəldiyi tarix 4 iyul 1924-cü il hesab edilir. Amekirada Müstəqillik Günü qeyd edilən həmin tarixdə Amerika biznesmenləri, Hollivud ulduzları Tixuanaya axışaraq bayramı burada qeyd edirdilər. “Caesar’s Place”da isə məşhurların çoxluğundan tərpənməyə yer belə yox idi. İçki ilə bol olan və istənilən qonağın içki tələbatını ödəyən oteldə problem yeməklərdə yarandı. Hətta demək olar ki, yemək yox dərəcəsində idi. Ancaq çarəsizlikdən çıxış yolu tapan Kardini, mətbəx biliklərindən istifadə edərək vəziyyətdən çıxmış tapmışdı. 
   O, boşqabın dibini sarımsaqla sürtüb üzərisinə Romano salatının yarpaqlarını düzdü. Yarpağın üzərinə isə zeytun yağı, limon suyu, xüsusi qaydada bişirilmiş yumurta, parmesan pendiri, ədviyyat göyərtiləri, qızardılmış çörək və Vorçester sousu adlanan sous əlavə edib hamısını qarışdıraraq süfrəyə verdi. Və beləliklə də təsadüf və çətin vəziyyət dünyanın ən məşhur salatının meydana gəlməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, gəlib çatan bu hekayəyə görə salatın tərkibində bizim sevdiyimiz toyuq və krevetlər yox idi. 

Comments