Natron gölü Tanzanzaniyanın şimalında yerləşir və dünyanın ən sirrli yerlərindən biri hesab edilir. Bu gölə maraq «Across the Ravaged Land»-in şəkillərlə çap etdiyi nəşrindən sonra daha da artdı. Nəşrin müəllifi məşhur fotoqraf Nik Brandtdır (Nick Brandt). O, Afrika təbiəti ilə yaxşı tanışdır və qeyd etdiyinə görə Afrikada yerləşən bu gölün, quşları və yarasaları daşa çevirmək kimi bacarığı da var.
Sirli gölün fotoqrafı özünə cəlb etməsi heç də təsadüfi deyil. Çünki, fotoqraf ağ-qara şəkillər üzrə ixtisaslaşdığından bu gölün mənzərəsi onu xüsusi ilə cəlb etmişdi. Ora gəldikdə gördüyü daşa çevrilmiş cəsədlər isə bu fenomenə cavab tapmaq istəyini birə-beş artırmışdı.
Gölün əsas xüsusiyyəti – onun yüksək temperaturudur. Gölün dayaz və bataqlıq kimi hissələrində suyun temperaturu hətta 60 dərəcəyə qədər də çatır. Bununla yanaşı suda duzun tərkibi həddindən artıq yüksəkdir. Bu faktor da həmin mühitə düşən heyvanların mumiyalaşmasına səbəb olur. Düzdür canlılar ora düşən kimi olmasa da, orada qalan cəsədlər zamanla əhəng daşından heykəllərə çevrilirlər.
Nik Brandta bir neçə daşa çevrilmiş cəsəd tapmaq mümkün olub və o, həmin cəsədləri təbi duruş pozalarında qoyaraq, onları canlı ikən daşa çevrilmiş kimi çəkib.
Gölün daha bir neçə xüsusiyyətləri də mövcuddur ki, kiçik flaminqolar yalnız burada çoxalırlar. Suda isə temperatur və duzluluq çox olsa da onun tərkibində yaşayan canlılar var. Belə ki, orada yaşayan xüsusi mikroorqanizmlər suya qırmızılıq rəngini verirlər.
Comments
Post a Comment