Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) logosundakı pandanın həyatı və yaranma tarixi.


   1929-cu  ildə  Çin meşələrində ağ-qara rəngli ayının yaşaması haqqında xeyli xəbərlər yayılmışıdı. Bu xəbərlərin sürətlə yayılması, həmin ayının Avropaya və Amerikaya gətirilməsi cəhdlərini də artırırdı. Lakin bunu reallaşdırmaq mümkün olmurdu. Belə ki, bütün edilən cəhdlər nəticədə heyvanın elə yoldaca ölməsi ilə bitirdi. 

   Pandanın ilk səfəri isə müharibədən sonraya təsadüf etdi. Amerika və Avropalılardan fərqli olaraq ayı ilə necə rəftar edilməsini bilən Çinlilər onları səyahət etdirməyə başladılar. 
   Avropaya ilk gələn panda Çi-Çi adlı dişi panda idi. 1957-ci ildə bala ikən tutulan Çi-Çi 1958-ci ilə kimi Pekin zooparkında saxlanılmışdı. Daha sonra isə onu avropalı broker-animalist bir neçə Afrika heyvanı ilə dəyişmişdi. İlk vaxtlar panda Moskva zooparkına, oradan da Berlinə aparılmışdı. Elə həmin ildə də ABŞ zooparkına satılmışdı. Lakin ABŞ ilə Çin arasındakı gərginlik pandanın ölkəyə girişinin qarşısını aldı və o, bir neçə gərgin prosedurlardan sonra London zooparkına gətirildi. 
   Çi-Çi qısa zaman ərzində bütün London və ölkənin sevimlisinə çevrildi. İnsanlar demək olar ki, imkan tapan kimi zooparka gəlib Çi-Çi ni ziyarət edir və ona şokoladlar verirdilər. Elə bu ziyarətçilərdən biri də “Dünya Vəhşi Təbiəti Mühafizə Fondu”nun (WWF) yaradıcılarından biri alim, rəssam-animalist ser Piter Skot idi. 1961-ci ilə təsadüf edən bu ziyarətdə ser Piter Skot bu mehriban, köməyə ehtiyacı olan heyvanın stilləşdirilmiş portretini çəkdi və bunun yeni fondun simvoluna ideal yaraşacağını hesab etdi. 
Həmçinin ser Piter Skot onu da hiss etdi ki, ağ-qara rəngli loqotipin çəkilməsi sadə olması ilə yanaşı, eyni zamanda da ucuz başa gələndir. Elə o vaxtdan da  panda heyvanların xilası üzrə ümumdünya təşkilatının simvoluna çevrildi. Logotipin özü isə zamanın ən tanınan logotiplərindən hesab edilir. 


Comments