“Göydələndə Nahar” 1932-ci ildə çəkilmiş və dünyada öz məşhurluğunu tapmış bir şəkildir. Bu şəkil Nyu-Yorkda Rokfeller-mərkəzi adlanan binalar kompleksinin biri olan “RCA Buildings”in tikilişi zamanı çəkilib.
Şəkildə göydələnin 69-cu mərtəbəsində, 200 metr hündürlükdə, çıxıntıya doğru uzanan tirdə ayaqlarını sallayaraq oturub nahar edən 11 işçi əks edilib. Şəkil əslində təsadüf yox, reklam xarakterli olub və 29 sentyabr 1932-ci ildə çəkilərək 2 oktyabrda “New York Herald Tribune” qəzetində dərc edilmişdi. Şəklin əsas məqsədi binanın artıq hazır olduğunu qeyd etmək idi.
Şəklin çəkilmə məqsədi, tarixi və yeri dəqiq və bəlli olsa da onun müəllif hüquqları bir qədər əngəlli oldu və müxtəlif zamanda müxtəlif müəlliflər tərəfindən qeyd edildi.
İlk zamanlarda şəklin müəllif hüquqları Luis Xayna (Lewis Hine) aid edilirdi. Belə ki o, 1931-ci ildə “Empire State Building”in foto salnaməsini hazırlayırdı və bu şəklin də çox güman ki, elə həmin zamanlarda çəkildiyi güman edilirdi. Lakin daha sonra şəklin müəllif hüquqlarına sahib olan Bettmann arxivi keçirdiyi çoxsaylı elspertizalar və şəxsi xəfiyyə firmasının araşdırmaları nəticəsində şəklin müəllifinin başqa bir fotoqrafa aid olduğunu bildirdi. Belə ki, onlar şəklin müəllifinin Lus Xayn (Lewis Hine) deyil, Çarlz Ebbets (Charles C. Ebbets) olduğunu bildirdilər. Lakin bu müəllif hüququ da çox uzun müddət davam etmədi və cəmi 10 ildən sonar şəklə “naməlum müəllif” status qaytarıldı. “Naməlum müəllif” statusu bu günə kimi hələ də davam edir.
Comments
Post a Comment