Bu həmçinin pul toplamaq üsulu idi. İlk əvvəl xoş niyyətli keçirilən bu tədbir qısa müddət sonra bəzi problemlərin yaranmasına səbəb olmuşdu. Havaya qalxan şarlar bir müddət sonra yenidən şəhərə tərəf qayıdaraq bütün səmanı örtmüş, bir hissəsi isə Eri gölünə, şəhər ətrafına, hətta hava limanının ərazisinə düşərək böyük problemlər yaratmışdı.
Baş vermiş bu problem daha sonra baş verəcək problemin yanında sadəcə texniki bir problem kimi qalmışdı. Belə ki, 26 sentyabrda balıq ovuna çıxmış iki balıqçı Raymond Broderick və Bernard Sulzer geri qayıtmayaraq itkin düşmüş kimi ailələri tərəfindən axtarışa verilmişdilər. Lakin, havada və suda olan hava şarları axtarışı keçirməyə qeyri mümkün edirdi və itkin düşən balıqçıların cəsədləri yalnız bir neçə gün sonra sahilə vurulduqdan sonra tapılmışdı.
Xoş niyyətli və pul toplanma üsulunu artırmaq üçün keçirilən tədbir təşkilatçısı və şarları havaya buraxan şirkət ölən balıqçılardan birinin həyat yoldaşı tərəfindən 3.2 milyon dollar təzminatın ödənilməsi üçün məhkəməyə şikayət etmişdi.
Daha bir 100000 dollarlıq təzminat şikayəti isə Luiza Novakovsk tərəfindən gəlmişdi. Belə ki, Novakovskun Medina County-də yerləşən fermasında saxladığı ərəb atları onların üzərilərinə düşən hava şarlarından qorxaraq həyəcanlannmış və bunun nəticəsində onlardan bir neçəsi xəsarət almışdı.
Comments
Post a Comment