Honkonqda McDonald's yoxsa evsizlərin oteli?

Honkonqdakı McDonald's-lardan birindəki qadının ölümünün 7 saat sonra bilinməsi onun yatmış olduğu hesab edilməsidir. Elə bu qəribə shadisədən sonra bu yerə olan maraq və fikirlər xeyli artıb.

   Belə ki, 24 saat fasiləsiz işləyən bu restoranlar şəbəkəsi gecə düşdüyü andan şəhərin evsizləri ilə dolmağa başlayır. Səbəb isə işçi heyətin ora gələnləri qovmağa və ya restorandan uzaqlaşdırmağa icazəsinin olmamasıdır. Buna görə də, axşam vaxtları düşdüyü zaman restorana gələn evsizlər həm çox da baha olmayan qiymətə qidalana bilirlər, həm də gecəni isti və rahat yerlərdə keçirmək imkanı əldə edirlər. Buna görə də Honkonq McDonald's-larına McRefugees' Shelter (McEvsizlər sığınacağı) də deyirlər.

Comments