Mark Zukerberq, Bill Geyts və Elon Maskın iş effektivliyini artırmaq üçün istifadə etdiyi üsullar.

Times Junalı 3 məşhur iş adamı, Mark Zukerberq, Bill Geyts və Elon Maskın gündəlik iş effektivliyini artırılma üsulları haqqında məsləhətlərini yazıb. Beləliklə niyyət eyni olsa da hər üç şəxsin işə yanaşma prinsipləri fərqlidir və çox maraqlıdır.  

   Mark Zukerberq – Standartlaşdırma prinsipi.
   Markın dediyinə görə o, mayka və şalvarlarda eyni tonlu rənglər seçir ki, gündəlik paltar seçimində artıq zaman itirməsin və bu işi asanlaşdırsın. O, həmçinin bu prinsipi bütün həyatında da demək olar ki, tətbiq edir. 
   Artıq bir neçə ilə yaxındır ki, Facebookun rəhbəri öz iş yerinə sadə qara rəngli Acura avtomobilində gedir. Bunun da səbəbini onda göstərir ki, avtomobili yenisi ilə dəyişərək yenisinə uyğunlaşmağa vaxt itirmək istəmir. Bu prinisipi həmçinin evinin ətrafındakı mülkləri alanda da saxlayıb. Onun qeyd etdiyinə görə o, onu işdən ayıra bilən nəyinsə olmağını istəmir. 

   Bill Geyts – Üç monitor. 
   Bill Geytsin söylədiyinə görə iş günü ərzində o, ən çox zamanını məktublarla işləməyə sərf edir. Belə ki, ona gün ərzində 100-ə yaxın məktub gəlir. İş masasında üç monitorun olması isə ondan irəli gəlir ki, sol monitorda elektron məktublar göstərilir, orta monitorda üzərisində işlədiyi məktub və ya digər sənədlər, sağ monitorda isə internet brauzer açıq olur. İş prosesi zamanı yeni məktub gəldiyi zaman o, sol monitorla onu oxuya bilər və eyni zamanda da orta monitorda olan əsas işini yaddan çıxarmadan istədiyi vaxt davam edə bilər. Sağ monitor isə hər hansı bir məlumatı almaq üçün internet brauzerdə hər zaman hazırdır. 
   Geytsin həmçinin “Həftəlik Düşüncə” prinsipini də tətbiq edir. Belə ki, bu halda o, meşə dərinliyindəki evində bütün hər şeydən azad olaraq zaman keçirərək kitab oxuyub, gələcək iş planları haqqında düşünür. 

   Elon Mask – Qəhvə və altı saat yarım yuxu. 
   44 yaşlı iş adamı Elon Mask eyni vaxtda üç böyük şirkətin ( Tesla Motors, SpaceX və Solar City) rəhbərliyini edir. Onun sözlərinə görə o, gündəlik rejimini dayanmadan qoruyur. Belə ki, gündəlik yuxusu 6 saat yarım davam edir və gün ərzində xeyli miqdarda qəhvə içir. 
   Həmçinin iş adamı eyni vaxtda bir neçə işi görməyi də öyrənib. Belə ki o, bir iclasda olduğu zamanda eyni anda telefonu ilə digər şirkətinə də tapşırıqlar verə bilir və hətta iş prosesindən ayrılmayaraq uşaqları ilə də mesajlaşa bilir.

Comments