yeni məhbus
1903-cü ildə Levenvors həbsxanasına Vilyam Vest adlı məhbus gətirilmişdi. Həbsxana işçisi isə yeni məhbusu görən kimi onu tanıdığını və artıq burada olduğunu dedi. Vest isə bunun əvəzində həmin həbsxanada heç zaman olmadığını və həmin işçini də tanımadığını iddia etməyə başladı.
Həbsxsana işçisi isə kartotekaya girərək artıq tanıdığı Vilyam Vestin sənədlərini çıxararaq ortaya qoydu.
“Bu ki mənəm!” – Vilyam təəccübünü gizlədə bilməyərək dedi. “Bu ki mənəm!” “Amma mən heç vaxt burada olmamışam axı.” Vilyam danışmağa davam etdi.
köhnə məhbus
Maraqlısı isə onda idi ki, Vilyam həqiqəti deyirdi. Çünki həmin həbsxanada daha bir Vilyam Vest adlı məhbus var idi. O, 1901-ci ildən başlayaraq ömürlük həbs olunmuşdu. Ən qəribəsi isə eyni adlı və eyni həbsxanada olan digər Vilyam Vest yeni Vilyam ilə tamamilə oxşar idi.
Bu hadisə də məhbuslardan barmaq izi götürülməsinə başlamaq üçün tutarlı arqument oldu.
Comments
Post a Comment