Öpüş! Öpüş nədir və nə üçündür? Bəlkə də bu suala cavab vermək qeyri mümkündür amma mümkün olan fərziyyələr də az deyil.
Öpüşü indiki zamanda biz ya sevgi, ya da heyranlıq göstəricisi kimi qəbul edirik. Əslində isə öpüş qədim zamanlarda da var idi və onun niyyəti və məqsədi bir qədər fərqli idi.
Bir çox Afrika qəbilələrində onun üzvləri qəbilə başçısı keçən torpaqları öpürlər. Qədim zamanlarda isə hörmət mənasında əldən və ayaqdan öpürdülər. Qədim Romalılar isə görüş zamanı hörmət bildirmək üçün gözdən və dodaqdan öpürdülər. Bu daha yüksək ranqa sahib insanlar arasında baş verirdi. Nisbətən aşağı ranq insanlar yuxarı ranqın əlindən, ən aşağı ranq insanlar isə ayaqdan öpürdülər.
Romalıların bu adəti tezliklə bütün Avropaya, daha sonra da Şimali Afrika ərazisinə yayılmağa başladı. Ümumilikdə Romalılar öpüş mənasında çox həssas idilər və onlar öpüşün bir neçə növünü qeyd edirdilər. Əl və yanaqdan öpüşü “osculum” adlandırırdılar. Dodaqdan öpüşü isə “basium”. Lakin bu dodaqdan öpüş növü yalnız qohumluq əlaqəsi olanlar arasında olan idi. Ehtiras və sevgi öpüşünü olan öpüş növü isə “suavium” adlanırdı. Bu da öpüşün Qədim Romada yaranaraq dünyaya yayıldığını göstərən bir fərziyyə olaraq özünü möhkəmlədir. Lakin fərziyyələr hər zaman dəqiq olmur və buna əlavə olaraq daha bir fərziyyə də var ki, o da öpüşün sevgi və ehtiras göstəricisi kimi ilk yayıldığı ölkələrdən biri kimi Fransa hesab edilir. Belə ki, Fransada rəqslərin məhşurlaşdığı zamanlarda hər rəqsin sonunda rəqs edən cütlük rəqsin ehtiras və həyəcanını artırmaq üçün öpüşürdülər və bu da tezliklə bütün Avropaya yayılaraq dodaqdan öpüşün ehtiras göstəricisinə çevrildi. Toy mərasimlərinin də təntənəli keçirilməsiAvropada bu processi daha da sürətləndirdi.
Comments
Post a Comment