1906-cı ildə məşhur alim Persival Lovel (Percival Lowell) öz adı ilə adlandırdığı observatoriyasını yaratdı. Observatoriyanın əsas iş prinsipi yeni sirli planetlərin tapılmasından ibarət idi. Əsas proyekt isə “X” planeti adlandırılan 9-cu planetin atpılması idi.
Araşdırmalar isə bir müddət məhkəmə çəkişməsinə görə dayanmışdı. Belə ki, Lovelin ölümündən sonra onun dul arvadı observatoriyadan miras kimi milyon dollar tələb edirdi.
Axtarışların bərpası isə bir də 1929-cu ildə observatoriyaya direktor Vesto Melvin Slayfer gəldikdən sonra baş verdi. O, araşdırmanı 23 yaşlı Kanzaslı gəncə, Klayd Tomboya tapşırdı. Təxminən bir illik araşdırmadan sonra Klayd 1930-cu ilin 23 və 29 yanvarındakı təsvirlərdə hərəkət etdiyi görünən obyekti təyin etdi. Alınan təsvirləri isə o, Harvard Kollecinə göndərildi.
Planetin adlandırılmasında onlarla alim və digər insanlar rol alsa da o, ilk dəfə 11 yaşlı qız Venesiya Berninin verdiyi təkliflə adlandırılmışdı. Astronomiya və qədim mifologiya ilə maraqlanan 11 yaşlı qız yeni planetə yer altı krallığın tanrısının adı “Pluton”u təklif etmişdi.
İllər keçdikcə araşdırmaların böyüməsi və yeni texnologiyaların inkişafı Pluton üçün heç də düşərli olmadı. Belə ki, bəzi alimlər Plutonun planet olmadığını söyləməyə başladılar. Böyük söz-söhbətlərə səbəb olan bu fikir nəticədə planetlərin hansı kriteriyalara cavab verməli olduğu məsələsini qaldırdı. Beləliklə də Planetlarin əsas kriteriyaları təyin edildi.
- Planetlər günəş ətrafındakı orbitdə olmalıdırlar.
- Yetərli kütləsi olmalıdır ki hidrostatik tarazlıqda olsun (yumru forması olsun).
- Özünün orbit ətrafını təmizləmək iqtidarı olsun.
Comments
Post a Comment