Qoz qabığına yerləşə bilən quş yuvası.

   Kolibrilər uzunqanadkimilər dəstəsinə aid olan yeganə quş fəsiləsidir.  Onlar həmçinin də arxaya uça bilən yeganə quşlardır. Kolibriləri digər quşlardan fərqləndirən daha bir cəhət də dünyanın ən kiçik quşlarının onlar arasında olmasıdır. Arı-Kolibrisi adlanan quşun uzunluğu 5 santimetr, çəkisi isə 1.6 qrama bərabərdir.

   Bu quşların maraq cəlb edən cəhətlərindən biri də onların yuvalarıdır. Özləri kimi kiçik olan yuvaları hətta qoz qabığına yerləşə bilər və bəzi qəpiklərdən də kiçik ola bilər. 





Comments