Qəribə paradoks və ya İp üzərindəki ölümsüz qarışqa


1 metr uzunluğunda olan rezin ip üzərində saniyədə 1 sm sürətlə yeriyən bir qarışqa təsəvvür edin. Həmçinin təsəvvür edin ki, rezin ip hər saniyə 1 km uzanır. Sizcə qarışqa ipin sonuna çata biləcəkmi? 

Məntiqi olaraq qarışqanın ipin sonuna çatmağı qeyri mümkündür. Amma gəlin bu fikrin paradoksunu da nəzərdən keçirək. 
Qarışqanın hərəkətə başladığı vaxtda onun qarşısında ipin 100%-i dayanırdı. Bir saniyə sonra ip daha da uzandı. Ancaq qarışqa da bu vaxt ərzində müəyyən qədər məsafə qət edib və ipin dəfələrlə uzanmasına baxmayaraq, qarışqanın qarşısında artıq 100%-dən daha az məsafə qalıb və faizlə onun keçməli olan yolu qısalıb. Bu da o deməkdir ki, keçən hər zamanla ip uzansa da qarışqanın keçməli olduğu yol azalacaq. Sözsüz ki, bu hesablama faizlə götürüldükdə. 
Bu paradoksun həlli üçün bir şərt tələb olunur. Qarışqa ölümsüz olmalıdır və qarışqanın ipin sonuna çatması üçün 2,8×1043.429 saniyə vaxt lazımdır. Bu da təxminən kainatın mövcudluğundan bir qədər daha uzundur. 

Comments