Quş nəslinin sonuna çıxan tək bir pişik.

1895-ci ildə Stivens adasında yeni bir quş növü aşkarlanmışdı və elə həmin ildə o quş nəsli kəsilmiş kimi hesab edilmişdi. Nə idi buna səbəb? Pişik! Bəli sadəcə tək bir pişik. 

   İlk zamanlarda “Xenicus lyalı” adlanan bu quşlara demək olar ki bütün Yeni Zelandiya ərazisində rast gəlmək olur. Bu səs küylü oxuyan quşların digər quşlarda olan fərqi isə uça bilməməkləri idi və çox da böyük sürətə malik olmadan yer üzərində qaça bilirdilər. Zaman keçdikcə Yeni Zelandiyaya miqrantların axını getdikcə sürətlənməyə başlayırdı və insan gedən hər bir yerə onunla dəvətsiz gedən canlılarda biri də sıçovullar olduğundan bu miqrantlarla da böyük adaya xeyli sıçovul gəlmişdi. Uça bilməyən quşlar isə bu sıçovullar üçün bir müddət sonra asan yemə çevrildilər və bir müddət sonra o quşlardan demək olar ki bir dənəsi də qalmadı. 
   Bütün bu dramatik hadisələrə baxmayaraq o quşlardan qalanlar hələ də var idi. Yeni Zelandiyanın kiçik Stivens adası hələ sıçovulların hücumuna məruz qalmamışdı və burada uçmağı bacarmayan, oxumağı sevən quşlar təhlükəsiz yaşayırdılar. Ancaq bu gözəl günlərin də bir gün sonu gələcəkdi. 1894-cü ildə adada dəniz fənəri tikildi və ora nəzarətçi kimi gələn Devid Lovel özü ilə sevimli pişiyi “Tibbls” ilə birlikdə gəlmişdi. Bir müddət sonra pişik ov etməyə başladı və hərdən də ovladığı quşlardan Devidə də gətirirdi. Dəniz fənərinin nəzarətçisi isə ona gətirilən quşları tanımadığından onlardan bir neçəsini saxlayıb, cəsədləri elmi işçilərə verdi. Və 1985-ci ildə yeni quş növü qeydə alındı. Ancaq bu qeydlər ediləndə həmin quşlardan artıq qalmamışdı. Çünki adanın tək pişiyi bütün quş nəslinin sonuna çıxmışdı. 
   Əlbəttə bütün bunlar bir fərziyyədir. Çünki bunu inkar edə onun kimi maraqli daha bir rəvayət var. Belə ki, digər bir rəvayətdə adaya gələn üç nəzarətçi ailəsi ilə gələn hamilə pişiyin qaçaraq balalaması və onlarının sayının sürətlə artması nəticəsində bu quşların nəslinə son qoyulmuşdu deyilir.

Comments