Artıq qəhvədən yorulubsuz? Əslində qəhvədən yorulmaq mümkün olmasa da gününüzə rəngarənglik və maraq qatmaq üçün hərdən səhər qəhvəsini başqa içkilərlə də əvəz edə bilərsiz. Bəli onlar qəhvəni əvəz edə bilərlər və hətta qəhvə qədər də əhvalınıza gümrahlıq qata bilərlər.
1. Limonlu-ballı içki.
Bu içki gümrahlıq verməyi ilə yanaşı, immunitetin güclənməsinə də öz təsirini göstərir. Bunun üçün sadəcə bir stəkan ilıq suya 2-3 dilim limon və bir çay qaşığı bal qatmaqla hazırlamaq olar. Xüsusi sevənlər isə darçın da qata bilərlər.
2. Portağal şirəsi ilə kakao.
Bu içki əhvalınız qalxmasına və gün boyu gümrah olmanıza təsir edə bilər. Həmçinin bədən xolesterinin tənzimlənməsinə də təsir edir və bundan başqa kakao insanda toxluq hissi də yaradır. Bunun üçün sadəcə portağal qabığını sürtgəcdən keçirmək, para portağal şirəsini sıxmaq və bişirilmiş südlü kakaoya əlavə etmək lazımdır.
3. Zəncəfilli çay.
Zəncəfil çayı qəhvədən fərqli olaraq daha uzun müddətli stimullaşdırıcı xasiyyətə malikdir. Onun təkcə ətri isə insandan yorğunluq hissini apara bilər. Zehni işlə məşğul olanlara bu çayın xeyri daha da effektiv olacaqdır. Hazırlanması isə adi çay dəmlənməsi prosesi kimidir. Hətta qara çaya da əlavə edənlər olur.
Comments
Post a Comment