Sizi almağa məcbur edən 11 supermarket biclikləri.


1. Musiqi.
İlk olaraq nədən başlayır? Əlbəttə ki musiqidən. Demək olar ki, istənilən böyük super marketlərdə fonda səsləndirilən musiqiləri eşitmişik.
Bəs onlar necə təsir edir? Araşdırmalar nəticəsində aydın olub ki, ritmik musiqilər insanlar market boyu daha sürətlə yeriməyə, həzin musiqi isə daha yavaş, daha rahatlanmış halda yeriməyə vadar edir. Bu da istənilən halda satışı artırır. Birinci halda daha sürətlə yeriyib daha çox şey görməyə səbəb olursa, ikinci halda yavaş yeriyib daha detallı baxışa səbəb olur. Həmçinin daha lüks və bahalı mağazalarda isə klassik musiqi səsləndirilir ki, bu da daha bahalı malları almağa insanlara təkan verir. 

 2. Tanış marşrut. 
Son zamanlarda mağazalarda yeni bir tendensiya yaranır ki, müştərilər mağazaya soldan girirlər və mağazanı saat əqrəbi istiqamətində fırlanırlar. Səbəb isə ondadır ki, insanların 70%-dən 90% arası sağ əlli insanlardır bu da müştərilərə həmin istiqamətdə gəzməyə daha rahat olur və nəticədə daha 20% əlavə alışa səbəb olur. 

 3. Güllər. 

 Bir çox mağazalarda girişdə çiçək satıldığına rast gələ bilərsiniz. Bunun səbəbi isə çox sadədir. İlk olaraq oradakı güllər adətən ucuz güllər olduğundan satışı çox olur, ikincisi isə bitki və çiçəklərin əhval yüksəltmək kimi xasiyyəti vardır. O da heç kəsə sirr deyil ki, əhvalı yaxşı olan insan daha çox bazarlıq edir. 

 4. Qoxular. 

 Girişdə daha bir istifadə olunan üsul da kiçik unlu məmulatlar bişirmək üçün yeri olan marketlərdir. Mağazaya ilk girən insanı tutan şirniyyat, bulka, çörək qoxusu onu həmin yerə çəkəcək və oradan alış etməyə məcbur edəcək. Hətta bəzi mağazalarda yeni bişmiş bulka ətri olan spreylərdən də istifadə olunur. Hansı ki, aclıq hissini sürətlə artırır və hətta balıq bölməsinə keçsəniz də belə alış etmək həvəsiniz yerində qalacaqdır. 

 5. Labirint. 
 Mini marketlərdən fərqli olaraq böyük marketlərdə bölmələri elə yerləşdirirlər ki, insanlar onlara lazım olanları tapmaq üçün mağazanın müxtəlif yerlərini gəzməli olsunlar. 

 6. Premium sinfi. 
 Daha bahalı olan məhsullar adətən nəzərə çarpan səviyyədə, ucuzlar isə ya aşağı, yada yuxarı mərtəbələrdə yerləşdirilir. Çünki istər-istəməz hər kəs mağazada göz baxışı səviyyəsində olan məhsullara baxır. 

 7. Az yaşlı alıcılar. 
 Böyük marketlərin daha bir fəndi də aşağı rəflərdir. Çünki aşağı rəflərə adətən uşaqların sevdiyi şeyləri, konfetləri, oyuncaqlar, şirniyyatları qoyurlar. Səbəb isə uşaqların aşağı rəflərdəkini görərək istəməkləridir. 

 8. Biclik qonşuluğu. 
Adətən bahalı məhsulların yanına onların məntiqi qonşularını qoyurlar. Məsələn konfetlər sırasına adətən bahalı şokoladları qoyurlar. Alıcı da çox vaxtı birini alanda digərindən də əlavə edilməsini istəyir. 

9. Daima böyüyən səbətlər. 
 Bu səbətin dolu və ya boş görünməsindən asılıdır. Marketinq üzrə məsləhətçi Martin Lindstrom qeyd edir ki, səbətləri və arabalar böyüdüldükdə alıcılar əvvəlkindən 19% daha arıq məhsul alırlar. Bu da çox vaxt səbət və arabaların böyüməsinə səbəb olur. 

10. Dar və uzun kassa dəhlizləri. 
 60%-dən artıq alıcılar adətən kassaya yaxınlaşdığı zaman səbətə yığdığı məhsullardan bəzilərini çıxararaq hər hansı bir rəfə qoyurlar. Dar və uzun kassa dəhlizlərində isə alıcılar fikirlərini dəyişsələr də belə onu qoymağa yer tapa bilmirlər. 

11. Kassalardakı kiçik şirniyyat, saqqız və suvenirlər. 
 Kassada olan alıcılar bütün hesablama vaxtı orada olan şirniyyatlara baxmağa məcbur olurlar və çox vaxtı da reflektiv olaraq orada hər hansı şokolad, saqqız və ya nə isə götürürlər.  

Comments