Dünyanın Ən Dərin Və Ən Böyük Şirin Sulu Gölü Haqqında 10 Maraqlı Fakt


Baykal planetimizin ən dərin gölüdür. Onun dərinliyi – 1642 metrdir.


Maksimal dərinliyi təyin etmək üçün alimlər 2002-ci ildə 1 312 788 nöqtədə ölçülər aparmışdılar. 

Baykal bütün dünyanın şirin suyunun 19%-ni təşkil edir. Orada 23 615.39 km3 su var.

Baykalın suyu o qədər təmizdir ki, onun 40 metr dərinliyində olanlar da görünür.

Baykalı bu günə kimi heç kəs üzərək keçə bilməyib. Suyun orta temperaturu yay aylarında cəmi 8-10 dərəcə təşkil edir.

Baykalın yaşı təxminən 25 milyon ildir. 

Baykala 336 çay axır və ondan cəmi 1 çay çıxır ki, o da Anqara çayıdır. Əgər Baykala heç bir çay axmasa və anqara dayanmadan axaraq onun suyunu aparsa gölü boşaltmaq üçün ona 400 il zaman lazımdır. 

32 000 m2 olan göldə rahatlıqla Danimarkanı, Belçikanı və Hollandiyanı yerləşdirmək olar. 

Baykalda 60 yaşına çatan nərə balıqlara da rast gəlmək olur. 

Qışda Baykalın üzərisində çox qalın buz qatı yaranır və böyüyən buzlarda 30 km uzunluğunda çatlar yaranır və bəzi hissələrdə isə buzlardan gözəl qayalar, çıxıntılar və naxışlar formalaşır. 





Comments