1912-ci il aprel ayının 14-dən 15-nə keçən gecə artıq bizə məlum olan Titanik gəmisinin qəzaya uğrayaraq batdığı tarixdir. Bu gəminin ətrafında yarandığı gündən bu günə qədər çox saylı söz-söhbətlər, suallar, tapmacalar mövcud idi və onlar hələ də davam edir. Ən qəribə və maraqlı söz-söhbətin səbəbi isə bu gəminin hələ yaradılmasından 14 il əvvəl başlamışdı.
1898-ci ildə qəzadan 14 il əvvəl o zaman tanınmamış yazıçılardan biri olan Morqan Robertsonun “Heçlik” (daha sonra “Titan Qəzası” adı ilə çap edildi) adlı əsəri İngiltərədə çap olunmuşdu. Elə bu əsər də bir çox söz-söhbətlərə əsas qoydu. Belə ki, əsərdə İngiltərədə inşa edilmiş “Titan” adlı çox böyük gəminin okeana çıxaraq orada qəzaya uğraması haqqında hekayədən bəhs edirdi.
- Oxşarlıq hiss etdiniz? Bu hələ başlanğıcıdır. Çünki əsərdə bədbəxt hadisə haqqında təsadüflər həddindən artıq çoxdur. Əsərdəki gəminin adı Titan, əsil gəminin adı isə Titanik idi və hər iki gəmi yaradılan zaman ən böyük və heç bir şəraitdə batması mümkün olmayan kimi izah edilirdi. Hətta digər gəmilərlə toqquşduğu zaman onlarda yalnız kiçik cızıqlar yarana biləcəyi söylənilirdi. Hər iki gəmidə 4 boru 3 pərvanə var idi. Titanın uzunluğu 260 metr, Titanikin uzunluğu isə 268 metrə bərabər idi. Hər iki gəmini surəti 25 dəniz milinə bərabər olduğu halda, Titanın mühərrik gücü 50000 at gücünə, Titanikin mühərrik gücü isə 55000 at gücünə bərabər idi. Su sıxma həcmi Titanda 70, Titanikdə isə 66 ton idi.Bu azlıq etdi? O zaman onu da deyək ki, Qəzanın yeri, zamanı və səbəbi də eyni idi. Titan gəmisində Titanikdə olduğu kimi yüksək təbəqə insanları var idi. Hər iki gəmidə xilasedici qayıqların sayı yetərsiz idi və hər iki gəmidə xilasedici gəmiləri kəsmək üçün kəsici alətlər çatışmırdı. Robertin bu əsəri ilə bütün dünya təəccüb qarşısında qalmışdı. Yazıçının heç bir xəbəri və günahı olmasa da onu bəziləri şeytan, bəziləri qara dahi, bəziləri də bədbəxtçilik uzaqgörəni adlandırırdılar. Əsərini isə lənətlənmiş hesab edirdilər.
Comments
Post a Comment