İngiltərədə Ekseterdə (Exeter) yaşayan bərbər Coşua Kumbs ( Joshua Coombes) gündəlik iş günü bitdikdən sonra evə getmək əvəzinə şəhərə yollanaraq qarşısına çıxan evsiz insanların saçlarını kəsməyi təklif edir. 28 yaşlı bərbər Nyu-Yorkda olduğu zaman eyni hadisənin şahidi olduqdan sonra eynii şeyi öz şəhərində də etmək qərarına gəlib və hazırda hər iş gününün sonunda ona saçını kəsdirmək üçün evsizlərdən sıra düzülür demək olar.
Bərbərin bildirdiyinə görə o, evsizlərə qəpik atmaq əvəzinə saç kəsməyi üstün tutur.
Coşua saç kəsdiyi müddətdə isə onun dostu Met Spraklen dostunun iş prosesini, həmçinin evsizlərin saç kəsdirməmişdən əvvəl və sonra olan görüntülərini kameraya çəkir.
Çəkilən şəkilləri isə Coşua və dostu sosial şəbəkələrdə #dosomethingfornothing həştəqi altında paylaşırlar.
Comments
Post a Comment