Yuxuda yıxıldığımızı görməyimizin səbəbi.

  Yatdığımız zamanı bədənimizin səksənməsi və ya qəfil reaksiyasi tamamilə təbii prosesdir. Daha tez-tez rast gələn hal isə, yuxuda müvazinəti itirərək yıxılmağımızı hiss etməyimizdir. Bu fenomenə alimlər “hipnotik sıçrayış” deyirlər. “BBC Future”nin ekspertləri də bu haqda öz izahlarını veriblər. 
    Hipnotik sıçrayış nədən yaranır? 
  Yuxu zamanı bizim bədənimiz tamamilə hərəkətsiz hala keçir və ərafda baş verənləri artıq hiss etmirik. Ancaq bədən əzələlərimiz biz yuxuya gedən kimi sönmür. Bütün bədənimizin ümumi funksiyalarını məsələn nəfəs almağımızı, şüurumuzu, ayıq qalmağımızı beynimizin “retikulyar aktivləşdirmə sistemi” adlanan hissəsi idarə edir. Bundan fərqli olaraq isə görmə sinirlərinin yanında yerləşən beynimizin daha bir hissəsi, “ventrolateral preoptik nüvə” adlanan hissəsi bizlərdə yorğunluq və yatma hissini aktivləşdirir. 
   Bu iki sistemin iş prinsipi ardıcıldır. Belə ki, biz yuxuya getdiyimi zaman retikulyar aktivləşdirmə sistemi öz bədən üzərində idarəsini söndürərək, onu ventrolateral preoptik nüvəyə ötürür. Bu prinsip elektrik açarını xatırladır. Lakin insan bədəni düymələrlə işləyən hər hansı bir aparat olmadığından, bu proses hər zaman hamar getmir. 
   Buna görə də bir sistem hələ tam sönmədiyi zaman keçid baş verdikdə, yuxuda bizə elə gəlir ki, biz səndələyərək yıxılırıq. Bədənimiz isə bunu reallıq kimi qəbul edərək ona uyğun reaksiyaları verərək – enerji sıçrayışına, qəfil hərəkətlərə səbəb olur. Başqa sözlə bu gündəlik aktivliyimizin qalıqlarıdır.

Comments