Zaman və inkişafla itirilmiş 5 peşə.

İnkişaf insan cəmiyyətini gündən günə tanınmayacaq dərəcədə dəyişmək qabiliyyətinə malikdir. Bu inkişafla elə insanların həyatı dəyişdiyi kimi, onların gördükləri işlər, peşələri də dəyişir. Zamanla dəyişikliyə məğlub olanlar isə itirilərək yox olur. Bnlardan biri də itirilmiş peşələrdir.
1. Professional qiraətçilər. 
Bu insanlara hələ televizor və radionun olmadığı vaxtlarda böyük tələbat duyulurdu. Belə ki, yüzlərlə insan xüsusi auditoriyalara yığılaraq orada qəzetləri və bədii ədəbiyyatı oxuyan insanları dinləyirdilər. 

2. Canlı zəngli saat.
Hələ zəngli saatın ixtira olunmadığı vatlarda Avropada "knocker up" adlanan insanlar pəncərələri döyərək insanları oyadırdılar. 

3. Siçovul ovçuları.
Bir zamanlar xəstəlik yayan bu canlıların artımını saxlamaq üçün şəhərlərdə hər zaman sıçovul ovçularına ehtiyac duyulurdu. 

4. Telefonçular. 
Bu peşə isə avtomatik komunikatorun ixtirasına qədər dözə bilsə də avtomatlaşdırılmış sistem yenə də insan əməyini sıxışdırdı. 

5. Radar insanlar. 
Birinci dünya mühatribəsi zamanı radarın hələ ixtira olunmadığı vaxtlarda xüsusi təlim görmüş insanlar mexaniki üsulla işləyən xüsusi aparatlarla bombardımandan xəbər tuturdular. 

Comments