ABŞ-ın Kaliforniya ştatının Livermor (Livermore) adlı balaca şəhəri qeyri adi bir səbəbə görə dünyada məşhurlaşıb. Belə ki, burada artıq 110 ildən uzun zamandır ki, yanan və xarab olmayan işıq lampası var.
Ginnesin rekordlar kitabına düşən bu işıq lampası yerli yanğın söndürmə idarəsindədir və ən qədim yanan lampa hesab olunur.
Lampanı ilk dəfə 1901-ci ildə yanğınsöndürənlərə iş adamı hədiyyə etmişdi və elə həmin lampa da uzun zaman sonra yanğınsöndürmə idarəsinin simvoluna çevrildi.
Lampa artıq 110 ildən (40 000 gündən) artıq müddətə yanır və o, cəmi 1 gün 1903-cü ildə, 7 gün 1930-cu ildə və 1930-1970-ci illər arası müəyyən kəsilmələr olduğu zaman sönmüşdü.
Bu elektrik lampası Adolphe A. Chaillet tərəfindən yaradılıb və Shelby Electric Company tərəfindən istehsal edilib.
Bu elektrik lampası Adolphe A. Chaillet tərəfindən yaradılıb və Shelby Electric Company tərəfindən istehsal edilib.
Elektrik lampasının bu qədər uzun müddət xarab olmadan yanması bütün alimləri marağa gətirsə də ona cavab tapa bilmirlər. Yüzlərlə nəzəriyyə olsa da ona toxunmaq qadağası olduğundan cavab tapmaq hələ də mümkün deyil.
Comments
Post a Comment