Dünyanın ən uzun müddət çimməyən və ən çirkli adamı İranlı Amu Hacidir. 80 yaşlı qoca artıq 60 ildir ki çimmir.
Qoca torpaqda olan quyuda yaşayır və yalnız qışda, soyuqlar düşəndə yerlilərin onun üçün tikdiyi kərpic daxmaya girir.
Qoca ondan gələn xüsusi qoxu ilə fərqlənir və maraqlısı ondadır ki, ondan gələn qoxu özü ilə yanaşı daha çox onun yediyi qidalardandır. Belə ki, qoca daha çox köhnə ətlə qidalanmağı və siqaret əvəzinə peyinlə doldurduğu tənbəkini çəkməyi sevir.
Amu Haci hələ cavanlıqdan yuyunmaqdan imtina etdiyini bildirib. Söylədiyinə görə emosional uğursuzluğu ona bunu etdirib və indi də suya girən kimi öləcəyini düşünür.
Hətta gülərək insanların bir neçə dəfə onu çimizdirmək istədiklərini, lakin onların əlindən qaça bildiyini də deyib.
Qoca bilərək təzə yeməklə qidalanmır və təmiz su içmir. O, iylənmiş ət ilə qidalanmağa üstünlük verir. İçdiyi su isə köhnə neft sisternində saxladığı sudur.
Dünyanın ən çirkli adamı subay olsa da özünə həyat yoldaşı axtarır. Hər zaman cazibədar olmaq üçün isə avtomobil güzgüsündə özünə baxır. Saçı və saqqalı çox uzananda isə onları yandıraraq yeni düzümə salır.
Comments
Post a Comment