Dünyanın ən yaşlı ağacı “Qoca Tikko” adlı küknar ağacıdır. İsveçdə bitən bu ağacın adı onu tapan Leyf Kullmanın itinin adı ilə bağlıdır.
Umeo Universitetinin professoru Kullman 2004-cü ildə ağacı tapmışdı və bu ağac onun diqqətini çəkmişdi. Ağacın yaşı onun kökündən götürülən nümunələrdə aparılan radiokarbon tarixləşdirmə analizlərindən sonra təyin edilmişdi. Ağacın yaşı 9550 ilə bərabərdir.

Daimi külək və soyuq havanın təsirinə görə Qoca Tikko yaşına baxmayaraq çox da böyük deyil.
Professor Kullmanın dediyinə görə - Buzlaşma dövründə dəniz səviyyəsi indikindən 120 metr aşağı idi və İngiltərə ilə Norveç arasındakı Şimal Dənizi meşə idi. Elə çox güman ki Qoca Tikko da həmin meşədən qalan ağacdır.
Sərt iqlim şəraitində Qoca Tikko Bonsay ağacı kimi bitib. Daha bir ağacın özünə xas xüsusiyyəti isə budaqlarının çox yaşlı olmamasıdır. Belə ki, ağac müəyyən müddətdən bir bitmiş budaqlarını salaraq əvəzinə yenilərini bitirir. Öz növünə görə ağac çox kiçik ölçüyə malikdir amma elə məhz buna görə də o, bu qədər uzun müddət yaşamağı bacarıb.
Comments
Post a Comment