Başından Yaralanan İt 2015-ci İlin Ən Canıbərk Canlısı Adını Qazandı


   Ziqqi adlı Staffordşir bultererini park ətravında başından keçmiş oxla gəzərkən aşkar etmişdilər. Ox itin başından keçerek qabaqdan çıxsa da möcüzə nəticəsində ölməmişdi. Möcüzə ondadır ki, ehtimalı milyonda bir olan xoşbəxtlikdən ox itin həyati vacib orqanlarını zədələməmişdi.

Veterenarların səyi nəticəsində 3 yaşlı it zədədən sağaldı və 2015-ci ilin ən canıbərk (yaşamaq qabiliyyəyi olan) adını qazandı. Bütün bunlara əlvə olaraq da özünə yeni ev tapdı. 







Comments