Cazibə Qüvvəsi Haqqında Bilmədiyimiz 10 Fakt


1. Tualet fizikası.
Yerdə insanlar tualet ehtiyaclarını sidik kisəlrinin 1/3 hissəsi dolduğu zaman hiss edirlər. Kosmonavtılar isə kosmosda bunu yalnız tam dolduğu zaman hiss edirlər. 
2. Kosmosda şam.
Əgər kosmosda şam yandırsaq onun alovu yumru və göy rəngli olacaq.

3. Məskunlaşma.
Nəzəriyyəyə görə insanlar digər planetlərdə yalnız cazibə qüvvəsi  3 dəfədən artıq fərq olmadığı halda yaşaya bilərlər. Əksa halda beyində qan dövranı pozular. 

4. Dağların hündürlüyü.
Nəzəri olaraq cazibə qüvvəsi yer kürəsindəki dağların da hündürlüyünə təsir edir. Beləliklə (yenə nəzəri olaraq) yerdəki dağların hündürlüyü 15 km-dən hündür ola bilməz. 

5. Ay fizikası.
Apolloon missiyası aya endiyi zaman astronavtlar Qalileyin sərbəstdüşmə nəzəriyyəsini yoxladılar. Nəticədə o alındı ki, ayda cisimlər kütlələrindən asılı olmayaraq yerdəkindən daha sürətlə düşürlər. Səbəb isə müqavimət göstərən havanın olmamasıdır. 

6. Uğursuz ulduz.
Bir çox alimlər Yupiteri tamamlanmamış ulduz adlandırırlar. Səbəb isə ondadır ki, Yupiterin ulduz həcminə malik olmaq üçün yetərincə cazibə qüvvəsinin olmasına baxmayaraq, yeni parıldayan ulduza çevrilmək üçün yetərincə deyil. 

7. Teleportasiya.
Əgər nəzəri olaraq günəşi bir anda yox etsək günəş sistemi bir müddət onun cazibə təsirini hiss edəcək. Məsələn yer kürəsində bu müddət 8 dəqiqəyə bərabər olacaqdır. Daha sonra isə göy cisimləri hamısı öz orbitindən çıxacaqlar.  

8. Ulduzlardakı dağlar.
Əgər bir zaman günəş neytron ulduzuna çevrilsə, alimlərin hesablamalarına görə onun üzərindəki cazibə qüvvəsi o qədər güclü olacaq ki, ən böyük dağı 5mm hündürlüyündə olacaq. 

9. Ölmüş ulduzun təsiri.
Yox olmuş kosmik cisimlərin təsiri əslində heç də sübutsuz nəzəriyyə deyil. Bizim planetimiz və günəş sistemi daima digər ulduzların cazibə qüvvəsini hiss edir. Həmin mühitdə də hərəkət sürətini nəzərə alsaq təsiri hiss edilən ulduzlar artıq uzun zamandır ki mövcud deyillər. 

10. Qazlı su öldürür.
Kosmosda qazlı su içmək heç də məsləhətli deyil. Çünki onu içən zaman tərkibindəki qazın bədənə yayılması tamamilə dəyişir. Ən yaxşı halda nəticəsi kəskin qusma ilə nəticələnər. 



Comments