Çin Məbədində Gizlənmiş Payız


Çinin Quanin buddist məbədində olan 1400 illik Ginkoqo ağacı öz xüsusi özəlliyi ilə artıq yetərincə məşhurluq qazanıb. Xüsusi gözəlliyə malik olmaqdan başqa bu ağacın bir fərqi də "Gecikən payız" adını qazanmasına səbəb olan xüsusiyyətidir. Belə ki, bu ağacın yarpaqları yalnız noyabrın ortalarında saralmağa başlayır və onları heç də tələsmədən uzun müddətdə tökür. 

Məhz bu xüsusiyyət bu məbədə ildən ilə turistlərin axınına səbəb olur. Həmçinin Ginkoqonu yaşayan tairixi tapıntı da adlandırırlar. Ona görə ki bu ağacın qədim izlərini 200 milyon ilə hesablayırlar. 





Comments