'How Music Got Free', Stiven Vitt
Rəqəmsal (digital) musiqinin kompakt disklər industriyasını məhv etməsi bu gün artıq aktual mövzu deyil, ancaq Vitt fiziki daşıyıcıların məhvindən pul qazanan və bu prosesi sürətləndirən insanların adını açıq aydın veribdir.
Müəllif əvvəllər tarixə tanınmayan mp3 faylları ixtira edən Alman iş adamları və kompakt disklərin istehsalı zavodunda işləyən və çox vacib albomları qeyri leqal yayan Della Qlover haqqında danışır.
'Unfinished Business', Anna Mariya Sleyter
2009-cu ildə Sleyter Hillari Klintonun rəhbərliyi altında ABŞ-ın Dövlət Departamentində Strateji planlaşdırma Bölməsinin ilk qadın direktoru olmuşdu. 2 il sonar isə Sleyter vəzifəsindən imtina edərək işdən çıxmışdı. Səbəb isə işinin ona istədiyi kimi ana və həyat yoldaşı olmağa imkan verməməsi və özünü xoşbəxt hiss etməməsi idi. 2012-ci ildə Sleyter "Why Women Still Can't Have It All", adlı məqalə yazır və həmin məqalə The Atlantic-də bütün zamanların ən çox oxunan məqaləsi olur.
Bu gün Sleyter New America analitic mərkəzin prezidentidir və onun kitabı korporasiyalar və insanların iş sahəsində müqaisəsindən danışır.
'Losing the Signal', Jeki MAkniş və Şon Silkof
2008-ci ildə 'BlackBerry' anlayışı Wall Street sözü ilə sinonim idi. Hər bir iş adamında bu telefona rast gəlmək olurdu və hətta şərt idi. 2010-cu ildə isə iOS və Android bazasında olan ağıllı cihazların inkişafı 'BlackBerry'-ni platform olaraq tamamilə mıhv etdi. Ötən ilin sonlarında isə onun bazarı cəmio 0.4% təşkil etdi.
Globe and Mail-in icmalçıları Jeki MAkniş və Şon Silkof BlackBerry imperiyasının yaranması və daöılması tarixini araşdıraraq yazıblar.
'Rise of the Robots', Martin Ford
Kitabın müəllifi robotların gündən günə daha da inkişaf etdiyini və tezliklə bəzi sahələrdə insanların yerini tutacağını söyləyir.
Lakin müasir luddit rolunda iştirak etmək və oxuyucuları robot qiyamı təhlükəsindən xəbərdar etmək əvəzinə Ford süni intellektin inkişafından danışır. Sadə maşınlarda, düşünən maşınlara kimi hansılar ki, adi işçilər, jurnalist və proqramçıları əvəz etmək imkanına malikdirlər.
'Misbehaving', Riçard Taler
Riçard taler – iqtisadçıdır və daha çox “davranış iqtisadiyyatının atası” kimi tanınınr.
İqtisadiyyatın ənənəvi inlayışında insanların hərəkətləri rasional kimi qəbul edilir. Əslində isə insanların hərəkətləri qabaqcadan yaranmış fikirdən və qəfil yaranan impulslardan asılıdır, hansı ki, məntiqlə heç bir əlaqəsi yoxdur.
Comments
Post a Comment