Qlutamat natriuma (E621) demək olar ki bir çox yerllərdə rast gəlmişik. Bu, qida məhsulları və yeməklərin dadının artırılmasında geniş istifadə edilən vasitədir. O, natrium duzundan və qlutamin turşularından-aminturşulardan ibarətdir.
Qlutaminin əsas funksiyası yeməkdə şirinliyi, duzluluğu və ümumilikdə dad gücünü artırmaqdır. Özü isə tamamilə dadsızdır. O, dil reseptorlarına təsir edərək yeməyin dadını daha güclü hiss etməyə səbəb olur.
Siz heç tərəvəzlər və meyvələr yenicə dəriləndə daha dadlı olduğuna fikir vermisiz? Səbəb isə sadədir. Çünki onların tərkibində də qlutamin turşusu var və yeni dərildiyi anda daha çox olduğundan dadı daha yaxşı hiss edilir. Qlutamata süd məhullarında, ətdə, balıqda, bütün tərəvəzlərdə, göbələklərdə rast gəlinir.
Qlutamin turşusunu ilk dəfə Yapon həkimi Kukunae İkeda tərəfindən dəniz kələmini araşdıraraq kəşf edilibdir. Bu turşu əslində təbii məhsul olduğundan onun əldə olunması da təbii məhsullardan alınır.
İstifadəsi isə həddindən artıq genişdir. İlk növbədə duzluluq dadını artırdığına görə onun istifadə edildiyi məhsullara duz daha az vurulur. Bunun üstünlüyü olduğu kimi mənfi tərəfi də var. O, dad gücləndiricisi olduğu üçün insanlarda yemək istəyi yaratmaq bacarığı vardır. Məsələn çipsləri yediyimiz zaman hər dəfə yavaş-yavaş yeyəcəyəm desək də, bir müddət sonra sürətlə yeməyimizin səbəbi də məhz reseptorlarımız güclənməsi və onun dadını daha güclü hiss etməyimizdir.
Çinlilər və Yaponlar isə yemək zamanı süfrəyə bir çox vaxtı xörək duzu əvəzinə natrium qlutamat qoyurlar.
Comments
Post a Comment