Rusiyanın Primorsk safari-parkına pələnglə keçi arasında qəribə bir hadisə baş verib. Hələ 3 həftə bundan qabaq pələng Amurla, ona yem kimi gətirilən keçi arasında dostluq yaranıb. Keçi pələngi öz başçısı hesab edib və hər yerə onun ardınca gedir.
Keçiyə göstərdiyi cəsarətə görə isə Timur adı qoyulub.
Qəribə bu halı alimlər və zooloqlar onunla izah edir ki, keçi pələngə qarşı qorxu hiss etməyib və bunu da hiss edən pələng ona toxunmayıb. Amma bu dostluq nə vaxta qədər davam edəcəyi də sual altındadır. Bu, keçinin qorxu hiss etdirməsindən də asılı ola bilər.
Hələlik isə Amurla Timur məşhurlaşmaqdadırlar. Onların sosial şəbəkələrdə (vkontakte və odnoklassniki) profilləri yaradılıb və xarici rejissorlar onları kinoya çəkməyi planlaşdırırlar.
Keçiyə göstərdiyi cəsarətə görə isə Timur adı qoyulub.
Hələlik isə Amurla Timur məşhurlaşmaqdadırlar. Onların sosial şəbəkələrdə (vkontakte və odnoklassniki) profilləri yaradılıb və xarici rejissorlar onları kinoya çəkməyi planlaşdırırlar.
Comments
Post a Comment