Kosmonavtlar arasında yerdəki stansiya ilə zarafat etmək kimi bir adət var. Onlardan ən gülməlisi isə Oven Garriotun (Owen K. Garriott) zarafatı olub.
1973-cü ildə “Skylab” orbital stansiyasına uçan kosmonavt stansiyanın zabiti Robert Krippen ilə ən uğurlu zarafatı etmişdi. Oven kosmosa uçmamışdan əvvəl evdə həyat yoldaşının səsini əvvəlcədən yazaraq diktofonu özü ilə kosmosa aparmışdı və zabit operator Robert Krippen xəttə çıxanda Oven artıq diktofonla onu gözləyirdi.
— “Skylab” bu Hyustondur, cavab verin. — Hyustondan zabit Robert Krippenin səsi eşidildi.
— Salam Hyuston, — gümrah bir qadın səsi kosmosdan cavab verdir. — Bu “Skylab”dir — qadın səsi davam etdi.
— Danışan kimdir? – Hyustondakı Robert maraqlandı.
— Salam Bob. – kosmik stansiyadan yenidən qadın səsi gəldi. — Mən Helenəm, Ovenin həyat yoldaşı.
Hyustondan uzun müddət səs gəlmədi və nəhayət zabitin çətinliklə çıxan səsi eşidildi.
— Siz orada nə edirsiz?
— Heç. Sadəcə uşaqlara yenicə bişirdiyim yeməyi gətirmək qərarına gəldim. Hər şey təzə-təzə və isti-isti. — Orbital stansiyadan gələn qadın səsi dedi.
Hyuston idarə etmə mərkəzi bir dəqiqəyə yaxın susdu, daha sonra isə əlaqəni kəsdi. Yəqin ki, zabitin əsəbləri buna dözməmişdi.
Comments
Post a Comment