Aramızda elə bir insan yoxdur ki, sabahdan idmana başlayıram, sabahdan hər gün yeni söz öyrənirəm, sabah səhər tezdən durub qaçıram deyib və onu növbəti günlərə saxlamayaq. Bunun səbəbi 2 şeydədir. İlk olaraq biz buna adət etməmişik, ikincisi isə tənbəllik edirik.
Ümumiyyətlə insanın hər nəyəsə adət etməsi üçün təxminən 21 gün tələb edir. 90 gün edilənlər isə bütün həyat boyu adətə çevrilə bilər.
Yuxarıda qeyd etdiyim tənbəllikləri aradan qaldırmaq üçün Yaponların “Kaydzen” metodikası mövcuddur. Bu metodika “1 dəqiqə” məfhumudur. Bu prinsipin əsası ondan ibarətdir ki, insan etmək istədiyi hərəkəti bir dəqiqə müddətində ara kəsmədən hər gün və eyni vaxtda etməlidir. 1 dəqiqə özü çox qısa bir zaman kəsimi olduğundan onun nəyəsə, hansısa planlarımıza mane törətməyəcəyi faktdır və buna heç bir bəhanə gətirə bilmərik.
Hər gün edilən hərəkət isə özü bizdə adət halını gətirəcək və artıq 1 dəqiqə bizə azlıq edəcək və əsası isə tənbəlliyimizi yox edəcək.
Kaydzen sözünün mənası “kay” (dəyişiklik) “dzen” (kamillik) deməkdir. Bu prinsipin müəllifi Masaki İmaidir və o, bu metodika ilə insanların istədiyi sahədə irəli getməyinə mane olan tənbəlliyi yox edə biləcəyinə inanır.
Comments
Post a Comment