Ulduz Müharibələri (Star Wars) Haqqında 20 Maraqlı Fakt


Ulduzçular darıxmışdız? Yeni epizod qabağı film haqqında ən maraqlı 20 faktlara nəzər salaq.


  • Harrison Fordun “Ulduz Müharibələri: IV Epizod – Yeni Ümid” filmi üçün qonorarı 10 000 dollar təşkil edib. 
   
  • Birinci epizod üçün hazırlanan dekorasiyalar aktyorların boyuna görə hesablanmışdı. Lakin bir şeyi unutmuşdular. Liam Nisonun 193 sm-lik boyunu. Buna görə də 150 000 dollar dəyərində olan dekorasiyaları yenidən hazırlamalı olmuşdular. 



  • Ulduz Müharibələrinin dünyası həddindən artıq geniş olsa da master Yodanın hansı dünyaya aid olduğu bilinmir. 



  • Yeganə bənövşəyi işıq qılıncı Samuel Ceksonda idi. Lukas onun xahişindən çıxmamışdı və razı olmuşdu. 

  • Ulduz Müharibələri filminə baxandan sonra Jeyms Kameron sürücülük peşəsini ataraq kino industriyasına işləməyə gedib. 



  • Filmin ilkin ssenarilərində klonlar arasında qadınlar da var idi  və işıq silahlarına sahib idilər.  



  • Filmin bizə doğma olan formada başlaması, yəni müasir  titrlə başlamaması üçün Lukas müəyyən məbləğdə cərimə ödəyib.



  • Birinci epizodda Yuen Mak Qreqor çəkiliş zamanı öz işıq qılıncının səsini çıxarırdı. Lukas hər dəfə effekti daha sonra verəcəklər desə də o, bunu etməyi sevdiyini deyirdi və etməyə davam edirdi.



  • Lukasa görə ən uğursuz epizod V epizoddur “İmperiya cavab zərbəsi endirir.”



  • Ulduz Müharibələri üçün tikilmiş evlər (Obi-Vanın evi, Mos Espanın evi, Larsanın evi) toxunulmaz olaraq qalıb və Tunisdə onları görmək mümkündür. 



  • Fredi Merkyuri Ulduz Müharibələri çox sevirdi amma yenə də “Mən Ulduz Müharibələrini sevmirəm” mahnısını yazmışdı. (Queen – Bicycle race)



  •  Inflyasiyanı nəzərə alaraq Ulduz Müharibələrinin ilk 3 filmi  1 453 455 900 dollar qazanıb.


  • Jorc Lukas filmin əsas qəhrəmanlarını balaca boylu etməyi planlaşdırırdı. 



  •  Ulduz Müharibələri dünyasında Cantina qrupunun çaldığı musiqi Jizz kimi tanınır.



  •   Kerri Fişer (Leya) və Harrison Ford arasında çəkiliş müddətində sevgi münasibətləri olub. 



  • Ulduz Müharibələri çəkilişi zamanı Mark Hemil avtomobil qəzassına düşür və üzündəki çapıqlardan da bunu hiss etmək olar və nəticədə ssenaridə dəyişiklik edilir.  “İmperiya cavab zərbəsi endirir” filmindəki xəstəxana epizodu oradandır.



  • Ulduz Müharibələri: Köhnə Respublika – nə vaxtsa buraxılmış ən bahalı oyun olub.

  • Filmdəki qırıcıarın səsi  fil ilə təkərlərin yaş asfaltdakı səsinin qarışığıdır. 

  • Ulduz Müharibələri filminin ilkin variantındakı işıq qılıncları hamısı ağ rəngli idi rənglər isə sonradan əlavə edilib. 


  • Cantivia qrupunun filmdə səsləndirdiyi mahnı 1977-ci ildə xit aradda 1ci yeri tutmuşdu. 




Comments