Üzən Valyuta Məzənnəsinin Loru Dildə İzahı

Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır.


Loru dildə desək alış və satışın nəticəsindən asılıdır. Misal olaraq iki ölkənin hərəsinin digərinə öz 1 adda malini satmasini götürək. Belə ki bir ölkə digərinə hər hansı malı satır. Daha sonra isə digər ölkədən hər hansı nəyisə alır. Məsələn X ölkəsi Y ölkəsinə mal sataraq Y ölkəsinin pulunu qazanır. Y ölkəsi isə X ölkəsində satdığı maldan X ölkəsinin pulunu qazanır. Daha sonra isə nə baş verməlidir? Hərəyə lazım olan öz valyutası. Bunun üçün çevriliş edilir və bu çevriliş zamanı valyuta məzənnə fərqində dizbalans yaranır. Bu da məzənnəyə təsir edir və məzənnənin dəyişməsinə səbəb olur. Bu hər tərəfə uyğun  və sərfəli məzənnə formalaşana qədər  davam edir. Yəni valyuta öz yerini tapana qədər. 





Comments