Hələ uşaqlıqdan Şotlandiyalı gənc oğlan Aleksandr Selkirk macəra həvəsində idi. O, atasının dəriçilik işini davam etdirmək istəmirdi. Yetkinlik yaşına çatanda, gənc oğlan evə gələrək Afrikaya üzən bir gəmiyə matros düzəldiyini elan edir və dəniz səyahətinə çıxır.
Bir müddət sonra isə ilk səyahətindən qulağında qızıl sırğalı və bir xeyli pulla vətəninə qayıdır. Bu isə onun dəniz qulduruna çevrildiyinə işarə idi. Asan yolla pul qazanmaq Selkirkin xoşuna gəlmişdi və yenidən səyahətə getməyə can atırdı. Növbəti imkan isə 1704-cü ildə yarandı. 27 yaşlı gəncə o zamanların tanınmış dəniz qulduru Vilyam Dampirin "Cinque Ports" gəmisində bosman işi təklif edildi. Gəmi Vest-Hində qızıl üçün gedirdi.
Bir müddət sonra isə ilk səyahətindən qulağında qızıl sırğalı və bir xeyli pulla vətəninə qayıdır. Bu isə onun dəniz qulduruna çevrildiyinə işarə idi. Asan yolla pul qazanmaq Selkirkin xoşuna gəlmişdi və yenidən səyahətə getməyə can atırdı. Növbəti imkan isə 1704-cü ildə yarandı. 27 yaşlı gəncə o zamanların tanınmış dəniz qulduru Vilyam Dampirin "Cinque Ports" gəmisində bosman işi təklif edildi. Gəmi Vest-Hində qızıl üçün gedirdi.
Cinque Ports gəmisi. |
Səyahət sakit və uğurlu keçirdi. Lakin Dampirin gəmi kapitanlığını Tomas Tredlinqə tapşırması bütün sakitliyi pozdu. Aleksandrla Tomas heç cür yola getmirdilər. Onların il yarımlıq Atlantik okeanı səyahəti vaxtı aralarında dəfələrlə münaqişələr yaranırdı. Əslində Aleksandrın da xasiyyəti heç də dözülən deyildi və çox ağır idi. Bütün bu il yarımlıq səyahətdən sonra Çili sahillərinə çatanda Aleksandrın növbəti münaqişəsi yarandı və onun öz istəyi ilə onu kimsəsiz adalardan birinə Mas A Tierraya (Ronizon Kruzo) düşürdülər. Gəncə həmçinin silah, güllə, barıt, balta, bıçaq və İncil kitabını verdilər.
Mas A Tierra (Ronizon Kruzo) adası |
Ada tamamilə kimsəsiz olsa da Selkirkdən əvvəl yaşayan bəzi insanlardan qalan keçilər və pişiklər qalmışdı. Lakin onlar da keçən zaman ərzində vəhşiləşmişdilər. Özünə ev axtara-axtara Selkirk adanın ümumi uzunluğu 20 kilometr, eninin isə 5 kilometrə bərabər olduğunu öyrənmişdi. Həmçinin adada tısbağalara, quşlara və balıqlara ov etmək imkanının da olduğunu öyrənmişdi.
İlk əvvəl çox çətin olmasa da əsas çətinlik bir ildən sonra yarandı. Selkrikin artıq silahla ov etmək imkanı barıt qurtardıqdan sonra yox oldu və qəddar lakin effektiv bir üsul tapdı. Belə ki, Aleksandr adada tapdığı bütün keçi balalarının ayaq vətərlərini kəsirdi. Bu da keçilərin yaşamasına mane olmasa da sürətlə qaçmalarına mane olurdu və beləliklə Aleksandr ət ehtiyacını ödəyirdi. Bitkilərə olan ehtiyacı isə böyük problem deyildi. Adada turp və bir çox yeməli meyvələr yetişirdi.
Yaşamaq üçün isə özünə iki daxma tikmişdi. Biri yemək bişirmək üçün, digəri isə yaşamaq üçün idi. Geyimini isə keçi dəriləri təmin edirdi. Lakin bütün yaradılan şəraitlər ona rahatlıq vermirdi və bütün ömrünü həmin adada keçirəcəyi qorxusu gündən-günə artırdı. Buna görə də o, hər gün adanın ən yüksək yerinə qalxaraq onu xilas edəcək gəminin keçməsini gözləyirdi. Həmin müddətdə isə onun daxmasını sıçovullardan adada tutaraq əhilləşdirdiyi pişiklər qoruyurdu.
Əslində yuxarıdan Selkirk dəfələrlə gəmi görsə də bütün o gəmilər İspan bayrağı altında üzürdü. O zamanlarda isə İngilisə, üstəlik də məhz ispanlara hücum edən dəniz qulduruna ispanların kömək etməsi heç də ağıla batan görünmürdü. Bəxt isə onun üzünə 1709-cu ildə adaya İngilis gəmisi yan alanda güldü.
Dənizçilər adaya düşən kimi onlara tərəf tük basmış, keçi dərisinə bürünmüş qaçan adamı görəndə təəccüb içərisində qalmışdılar. Üstəlik Aleksandr artıq danışa da bilmirdi. Adada keçirdiyi 4 il 4 ay ərzində tək başına danışmağı tamamilə tərgitmişdi və fikirlərini də çatdıra bilmirdi. Gəminin adada qaldığı iki həftə ərzində isə Selkirik insanlara yenidən uyğunlaşaraq nitqini özünə qaytardı və 1709-cu ilin 14 fevralında adadan gəmi ilə üzərək getdi.
33 aydan sonra Şotlandiyaya çatan Selkirk öz şəhərində böyük diqqətlə qarşılandı və qısa zamanda onun özü, həyatı və hekayələri məşhurlaşmağa başladı. Hətta ona axşamlar içki qonaqlığı verərək hekayələrini dinləmək istəyən insanların sırası da yaranırdı.
Söyləntilərə görə isə bu dinləyicilərin arasında Daniel Defo da var idi və məhz bu hekayələrdən ruhlanaraq 1719-cu ildə dünyanın ən çox oxunan əsərlərindən olan Robinzon Kruzonu yazdı.
Comments
Post a Comment