ABŞ Ordusunun Vyetnamdakı Dəhşətli Düşməni Kuçi Tunelləri.

 XX əsrin ortalarında baş verən müharibələrdən ən böyüklərindən biri də Vyetnam müharibəsi hesab edilir. İlk əvvəl bu kommunistlərlə demokratlar arasında olan müharibə olsa da, ABŞ-ın Vyetnama ordu yeritməsi bu müharibəyə yeni sima verdi. Müharibədə edilənlər isə ölkə tarixində və mədəniyyətində əvəzolunmaz bir iz buraxdı. Bu izlərdən biri də Kuçi tunellər oldu. 




   Kuçi (Ku Çi və ya Kuti) Cənubi Vyetnamı (Vyetkonq) azad etmək üçün Milli cəbhənin yaratdığı qəliz, qarışıq və keçidli yeraltı tunellər sistemi idi. Hazırda bu Hoşiminin ən görməli yerlərindən biri hesab edilir. 
   Yeraltı tunellər şəbəkəsi ABŞ ordusuna gizli zərbə endirmək üçün partizanlar tərəfindən yaradılmışdı. Burada tunellərdən başqa yer altında yaşayış otaqları, silah anbarları, kiçik hərbi hospitallar, hətta bir neçə ailənin gizlənə biləcəyi yerlər də var. Bəzi məlumatlarda Kuçinin uzunluğu 150 kilometrə, digər məlumatlarda isə 200 kilometrə çatdığı söylənilir.

   Tunellər və koridorlar xüsusi olaraq dar və alçaq hazırlanmışdı ki, orada Vyetnamlı partizanlar rahat hərəkət edə bilsinlər və əvəzində ABŞ ordusuna bu mümkün olmasın. Həmçinin “Vyetnamlılar üçün olmayan” Kuçi tunelləri də var idi. Onlar isə düşmən ordu üçün ən dəhşətli və qorxulu şeylər idi. Belə ki orada xüsusi tələlər, çıxışı olmayan dalanlar, girişdən sonra su altına salaraq boğan quyular və hətta içərisində xüsusən saxlanılan zəhərli ilanlar və əqrəblərlə dolu tunellər də var idi. 


   Çağırılmayan qonaqlar üçün isə əslində girişə oxşayan, lakin düşəndə özünə çəkən üzərində iynələr bərkidilmiş fırlanan ağaclar var idi. Həmçinin nizələrlə sancılmış gizli bambuklu və partlayıcılarla gizlədilmiş quyular da var idi
   Kuçi tunelləri müharibə zamanı Vyetkonqu müdafiə etmək üçün ən təsirli və güclü alət idi. Bu həm ABŞ, həm də Vyetnam demokratları müttəfiqlərinin ən böyük problemlərinə çevrilmişdi. Hətta müqaviməti məhv etmək üçün tunellər dəflərlə kimyəvi hücumlara məruz qalmışdı. Hansı ki, həm torpağın həm də yeraltı suların zəhərlənməsinə səbəb olurdu. Həmçinin “Tunel sıçovulları” adlanan bölüklər də yaradılmışdı ki, onlar tunellərə hücum edirdilər. Bəzi yerlərdə isə  torpaq bombardmanları həyata keçirilirdi. Lakin, nə Kuçi tunellərini, nə də müqaviməti heç kəsə məhv etmək mümkün olmadı. Tunellər bu gün də yaradıldığı zaman olduğu kimi qalıblar. 
 Tunellər tropik gilli torpaqlarda qazılmış və adətən üç mərtəbəli olan xüsusi sistemləri təşkil edirdilər. Ən qəribəsi isə bütün bunların adi alətlərlə və əllə qazılmış idi. İnsanlar 3-4 nəfərlik qrupla işləyirdilər. Onlardan biri qazır, digəri torpağı tuneldən çıxarır sonuncusu isə torpağı ətrafa tunellərə işarə etməyəcək formada yerə səpələyirdi. 
  Havalandırma sistemləri isə bambuk ağaclarından hazırlanırdı və yer üstündə görünməyən formada kol dibindən bir yerdə çıxarılırdı. Su anbarları isə primitiv, ancaq çox effektiv üsulla hazırlanmışdı. 

Partizanlar və yerli ailələr gündüzləri yer altında keçirdiklərinə görə, bəzi yerlərdə yer altında hətta kiçik məktəb sinifləri də var idi. Hətta bəzi yerlərdə kino göstərilən kiçik kinoteatrlar üçün də otaqlar mövcud idi.
 Müharibədən sonra Vyetnam hökuməti quyuları saxlamaq qərarına gəldi və hətta bəzi quyuları turistlər üçün də genişləndirərək görməli yerə çevirdi. Orada bir çox tələlər yığışdırılsa da bəzilərini baxmaq üçün saxlanılmışdı. 



Comments