Astronavtlar Kosmik Gəmidə Necə Yatırlar



Orbital gəmidə gün anlayışı bir qədər şərtidir. Çünki 1 sutka ərzində gəmidəkilər 15 dəfə gün doğumuna şahid olurlar. Ancaq bu onların sutkada 15 dəfə yatdıqları demək deyil. 

Kosmonavtlar gəmidə xüsusi yataq torbalarında yatırlar. Qapalı mühitdə havasızlıqdan boğulma ehtimalları olduğundan gəmidəki kosmonavtlar yataq torbalarini ventilyasiya borularına  yaxın yerdən asırlar. Yatma pozaları isə embrion formasıdır. Çünki mikro qravitasiya mühitində bu ən rahat variant sayılır. 




Comments