Əlbəttə ki, bir çoxumuz aydakı Amerika bayrağını görmüşük. Və təbii ki, kimsə “Bir gün aya uçsam, o Amerika bayrağı ilə gedib şəkil çəkdirəcəm.” deyibdir. Ancaq məsələ bir qədər fərqlidir və gəlin və bu fərqliliyə baxaq.
“Apollon” aya uçuş missiyasında Armstronqla iştirak edən Baz Aldrin bayraqlar haqqında maraqlı söhbət danışıb. Onun dediyinə görə, aya ümumilikdə 6 bayraq aparılmışdı və onlar ayın fərqli hissələrində sancılmışdı. Bu bayraqlardan biri aydan uçuş nöqtəsinə çox yaxın olduğundan “Apollon-11”-in uçuşu zamanı mühərrik küləyi ilə yerindən qoparılmışdı.
Qalan bayraqlar isə sancıldıqları yerdə durmalarına baxmayaraq, onlar artıq ABŞ bayraqları kimi deyil. Bütün keçən illər ərzində günəş şüaları altında qalan bayraqların rəngi solub və onlar tamamilə ağ rəngli bayraqlara çevriliblər.
Belə ki, bir gün aya uça bilsəz və niyyətinizdən dönməsəz ağ bayraq göstərməyə məcbur qalacaqsız. :)
Comments
Post a Comment