Cəmi 16 İl Əvvəl Mövcud Olmayan Dövlətlər

Cənubi Sudan (9 iyul 2011)
Cənubi Sudan — Afrikada dövlət, paytaxtı Cuba şəhəridir. 9-15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib.
Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. (wikipedia)

Şərqi Timor (20 may 2002)
Şərqi Timor — Cənub-Şərqi Asiyada dövlət.Timor adasının şərq hissəsində yerləşir. Adanin qalan hissəsi - İndoneziya tərkibindədir.
Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. (wikipedia)

Monteneqro (3 iyun 2006)
Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqrın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən "baş şəhər" sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.
1878-ci ildә imzalanan Berlin Sazişilә Osmanlı dövlәtindәn ayrılan vә Birinci Dünya müharibəsindən sonra Yuqoslaviyanın tərkibinə daxil edilәn Monteneqrın qonşuları, Albaniya, Kosova, Serbiya, Xorvatiya vә Bosniya və Hersoqovinadır. (wikipedia)

Kosovo (17 fevral 2008)
Kosovo və ya Kosova - Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisə doğuran ölkədir. (wikipedia)

Abxaziya (26 avqust 2008)
Abxaziya — Gürcüstanın şimal-qərbində yerləşən separatçı respublika. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxmışdır. Abxaziya Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatu istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. (wikipedia)

Cənubi Osetiya(26 avqust 2008)
Cənubi Osetiya Respublikası - Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgə. 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua tərəfindən müstəqil dövlət kimi tanınmışdır. 2009-cu il 10 sentyabr tarixindən Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir. (wikipedia)


Comments

  1. Liberland yaddan çıxıb) https://liberland.org/en/about/

    ReplyDelete

Post a Comment