Conas Solk ABŞ-da yaşamış Polşadan köçmüş yəhudi əsilli tədqiqatçı və virusoloq idi. O, dünyada Poliomielitə qarşı ilk vaksinin yaradıcısı kimi tanınır.
Solkun tədqiqatçı işlədiyi dövrdə dünyada uşaqlar arasında uşaq iflici çox geniş yayılmışdı və apardığı geniş araşdırmalar nəticəsində 1955-ci ildə Solk uşaq iflicinin qarşısını alan peyvəndi ixtira etdi.
İxtiradan sonra isə onun qarşısında çox qəliz bir seçim dayanmışdı. O, ya ixtirasını patentləşdirməli və bundan külli miqdarda pul qazanmalı idi, ya da patent almadan insanlığın xidmətinə təqdim edib milyonlarla uşağı ucuz qiymətə sağaltma imkanı yaradacaqdı. Seçim isə gözlənilməz oldu. Conas solk ixtirasına patent almadı və ixtirasını bütün dünya uşaqlarında istifadə imkanı yaratdı.
Patent almaması nəticəsində Solkun pul itkisi 5 milyard dollar idi.
Comments
Post a Comment