- Kafkanın babası kaşer qəssab olsa da, özü vegetarian idi.
- Qapalı olduğuna görə uşaqlıqda onu qəribə hətta dəli də hesab edirdilər.
- Yazıçı uzun müddət sığorta şirkətinin bədbəxt hadisələr üzrə bölməsində işləmişdi və bu da onun onsuz da pessimist olan xasiyyətini daha dərinləşdirmişdi.
- Kafka Praqanın əsas maskotlarından biri hesab edilir.
- Yazıçı sağlığında cəmi bir neçə romanını çap etdirə bilmişdi ki, onlar da uğur qazana bilməmişdi.
- Kafka ağır xəstəliyi zamanı dostu Maks Broda ölümündən sonra əsərlərini yandırmağı istəmişdi. Brod isə dostunun xahişini etməmiş və əksinə onların çap olunmasına səbəb olmuşdu. Məhz Broda görə Kafka dünyaca məşhur yazıçıya çevrildi.
- Yazıçının hekayələri onun şəxsi nevrozunun əksi idi. Onları yazmaq ona qorxularını aşmağa kömək edirdi.
- “Amerika”, “Proses” və “Qəsr” Kafkanın yarım qalmış romanlarıdır.
- Həyatının son anlarında kafka onu müalicə edən həkimə yazaraq (nitqi artıq yox idi) bildirmişdi ki, "məni indi öldürməsən, deyəcəm qatilim sənsən".
- Həyatının son anlarında kafka onu müalicə edən həkimə yazaraq (nitqi artıq yox idi) bildirmişdi ki, "məni indi öldürməsən, deyəcəm qatilim sənsən".
- Yazıçının doğum və ölüm rəqəmi eyni idi. – 3
- Daimi melanxoliyasına baxmayaraq dostları Kafkanın gözəl yumor hissinin olmasını söyləyirdilər. Hətta onu Çarli Çaplin ilə də müqayisə edirdilər.
Comments
Post a Comment