- Dostoyevski mühəndislik məktəbini bitirmişdi. Hətta bir müddət öz peşəsi üzrə də işləmişdi. Lakin daha sonra hər şeyi ataraq sevimli işi ilə, yazıçılıqla məşğul olmuşdu.
- Dostoyevskiyə hətta “petraşevtsev” işinə görə edam hökmü də verilmişdi. Lakin son anda onun hökmü Sibirə sürgünlə əvəz olunmuşdu.
- Dostoyevski öz çörək pulunu yalnız yazıçılıqla qazanırdı. Onun ehtiyatda heç vaxt Tolstoy və Turgenev kimi artıq pulu da yox idi.
- Dostoyevskinin əsərləri yeni bişmiş çörək kimi tez satılsa da heç vaxt onlardan böyük pul qazanmamışdı. Hətta borcları olduğuna hər yazılan səhifə üçün 150 rubla da razı olurdu. Turgenev isə eyni yazını 500 rubla yazırdı.
- Hər zaman vaxt azlığından əziyyət çəkən yazıçı əsərlərini redaktə etməyə, cilalamağa imkan tapmırdı. Ona görə də Dostoyevskinin əsərlərində tez-tez uzun cümlələrlə və fikir qarışıqlığına rast gəlmək olur.
- Yazıçının birinci həyat yoldaşı Mariya Dmitriyevna vərəmdən vəfat etmişdi və o, yazıçının “Cinayət və Cəza” əsərindəki Katerina İvanovna Marmeladova qəhrəmanının prototipi idi. Əsərdəki qəhrəman da vərəmdən əziyyət çəkərək vəfat etmişdi.
- Dostoyevski və Tugenev hər zaman gərgin münasibətdə olmuşdular. Turgenev Rusiyadan köçsə də Dostoyevski patriot idi və ölkəsini tərk etməmişdi. Hətta Turgenevin əsərlərinə də isti yanaşmırdı. Yazıçını isə artıq yazılaraq bitmiş ədəbiyyatçı adlandırırdı.
- Stellovskiy nəşriyyatı yazıçı ilə bir dəfə çox “dəhşətli” müqavilə bağlamışdı. Bəndlərdən birində deyilir ki, əsər çox qısa zamanda təhvil verilməli idi. Nəticədə cəmi bir aydan da qısa vaxtda yazıçı “Qumarbaz” əsərini yazır. Qalmaqallı naşirin özü isə dəlixanada 50 yaşında vəfat edir.
- Dostoyevski ikinci ailə həyatını 46 yaşı olanda qurur. Həyat yoldaşının isə həmin anda 20 yaşı var idi. Yazıçı həddindən artıq qısqanc idi və həyat yoldaşına bədən cizgilərini göstərən paltar geyinməyi, dodaq boyası sürtməyi qadağan etmişdi. Onun bütün sərtliyinin əvəzində isə, özü də həyat yoldaşına heç zaman xəyanət etməmişdi.
- Dostoyevski qumara asılılığı da var idi və hətta bir anlıq evindəki hər şeyi uduzmuşdu. Bütün bunlara isə yalnız hamilə olan həyat yoldaşının artıq geyinməyə paltarı belə qalmadığını görəndə son qoymuşdu. Həmin andan o daha qumar oynamamışdı.
- Həyatının sonu isə yerə düşən qələmdən olmuşdu. Ağ ciyər xəstəliyindən əziyyət çəkən yazıçıya həkimlər fiziki işi qadağa etmişdilər. Bir gün isə yazı yazdığı zaman Dostoyevski yerə düşən qələmi götürmək istəyəndə qanaxma baş verdi və iki gündən sonra yazıçı vəfatetdi.
- Dostoyevskinin son əsəri (1880-ci ilin noyabr ayı) “Karamazov Qardaşları”dır və yazıçı onu iki il müddətində yazmışdı. Əsərin özü isə uzun müddət onun özünə də tam olaraq rahatlıq verməmişdi.
- Dostoyevski əsərə 1878-ci ildə başlamışdı və məlum idi ki bu əsərin yazılmasına rus mütəfəkkiri Nikolay Fedorov təsir etmişdi.
- Karamazov qardaşları yazıçının yaradıcılığının zirvəsi hesab edilir. Əsər bütün həyatı və bütün yaşanmışın, düşünülmüşün və yaradılmışın sintezidir.
- Əsərin qəhrəmanlarından biri Fyodor Pavloviç Karamazov yazıçının öz atasının bəzi cəhətlərini özündə təcəssüm etmişdi.
- Üç qardaşlar Dmitriy, İvan və Alyoşa isə yazıçının özünün təkamülünün üç mərhələsini əks etdirir.
- Əsərdə qardaşlar mövcudluğun ilk səbəblərini və son hədəflərini tapmaqla məşğuldurlar və hər biri tanrı və qəlbin ölümsüzlüyü haqqında öz cavablarını verərək öz seçimlərini edirlər.
Comments
Post a Comment