Günə Cəmi 8$ Xərcləyərək Dünyanı Gəzən Bloqer Cütlük.

Polşadan olan bu iki gənc səyahət sevərlərin səyahət üçün yetərincə pulları yox idi. Əvəzində isə böyük səyahət sevgisi var idi. Bu sevgi isə onlara 600$-a köhnə furqon alıb onu rəngləməyə və çadır alaraq səyahət etməyə vadar etdi. 6 il ərzində onlar 50 dən çox ölkəni və 150 000 km yol gedərək 5 qitəni gəzdilər. Yaşayış üçün heç vaxt pul ödəmədilər. Yeməyi isə ancaq özləri bişirdiklərini yeyirdilər. 
Nə isə gəlin səyahətçilərin səyahətlərinə öz dilləri və şəkilləri ilə baxaq. 

Bütün dünyanı görmək istəyirdik, ancaq yetərincə pulumuz yox idi. Ona görə də köhnə maşın olaraq onu rəngləyib öz səyahət gəmimizə çevirdik.

Daha sonra çadır və yetərincə qida götürərək səyahətə çıxdıq.

6 ilə 5 qitədə 50 ölkə və 150 000 km yol səyahət etdik.

Böyük kanyonun nəhəngliyini və gözəlliyini gördük.

İslandiyanın çiçəkli çəmənlərini.

İslandiyanın isti göllərində də çimirdik.

Ən gözəl yerlərdə "selfie"lər çəkirdik.

Norveçin nəhəng qayalarının üzərisinə çıxırdıq.

Venesiyanın sevgi əhvalından meyxoş olurduq.


Dəvələrdə gəzirdik.


Abidələr vadisində gəzdik.

Hətta Alov Vadisini də gördük. 

Böyük Kanyon mənzərəsi ilə şam da etdik.

Hətta Milad bayramı da qeyd etdik. 

Yaşayış üçün heç vaxt pul ödəmirdik. Çimərliklərdə, dağlarda, qayalarda yatırdıq.

Heç vaxt restorana getmirdik və özümüz bişirdiyimizi yeyirdik.

Qoca furqonumuz isə tezt-tez xarab olurdu. Amma onu təmir etməyi də öyrəndik.

Açıq havada yatdığımız üçün isə bir çox heyvanları öz təbii şəraitində gördük.


Bloqumuz isə tezliklə Polşada məşhurlaşdı və bizə yeni səyahətçilər qoşuldu.

Bloqumuzun oxuyucularının bəzilər bizə qoşulurdular və biz yanacaq pulunu bölüşdürürdük. 

Bəzən isə başqa maşınlar da bizə qoşulurdu. 


Saxarada isə biz nəhayət ki nişanlandıq. 

...və biz hələ də yoldayıq.


Comments

Post a Comment